top
Qəbələnin PFL-ə olan 110 min manat borcunun səbəbi açıqlanıb Idman.biz
14 iyul 2025, 00:04
- ↺ +

"Qəbələ"nin PFL-ə olan 110 min manat borcunun səbəbi açıqlanıb

"Qəbələ" klubunun 2023/2024 mövsümündən Peşəkar Futbol Liqasına (PFL) 110 min manat borcu qalıb.

İdman.biz Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın idman direktoru Səbuhi Səfiyarlı İctimai TV-də yayımlanan "OffTop" verilişində məlumat verib.

O, borcun hələ də silinmədiyini bildirib: "Premyer Liqadan I Liqaya düşməzdən əvvəl PFL-ə 110 min manat borcumuz qalıb. AFFA bizə 700 min manat dəstək göstərdi. Biz də PFL-dən ötən il nə qədər xahiş etdik ki, bizə pul vermirsiniz, heç olmasa siz də bu 110 mini silin. Amma silmədilər".

Klub rəsmisi borcun cərimələrdən və legioner rüsumlarından yarandığını açıqlayıb: "Ertələməyə də razı deyildilər, birtəhər razı saldıq. Bəlkə də dostlar məndən inciyəcək, amma açıqlamalıyam. 110 min manatın 50 min manatı 13-cü legioner sifarişinə görə idi. 2023/2024 mövsümünün son oyunlarında gənc oyunçularımız debüt etməyə başladılar. Əvəzedici heyətdə olan gənclərin adını da sifariş vərəqəsinə yazdırdıq ki, o ab-havanı hiss etsinlər. Onsuz da Premyer Liqadan düşürük, ən azından onlara təcrübə olsun. Bu zaman gənclərdən biri – Elnur İbrahimov Rusiya vətəndaşı olsa da, fərqində olmamışıq. Komandanın meneceri də Elnur adını görüb və siyahıda digərləri kimi onun da yerli olduğunu düşünərək "okey"ləyib. Həmin futbolçu bir oyun ehtiyatda oldu. Hazırda həmin futbolçu heç bizim komandada da deyil, deyəsən, futbolu buraxıb. Belə səhv nəticəsində böyük məbləğdə ziyana düşdük".

Səfiyarlı baş verən problemə görə PFL-ə üz tutsalar belə, onlara heç bir güzəşt edilmədiyini vurğulayıb: "12 legionerimiz olduğundan, bunu da 13-cü olaraq qeyd edən PFL bizi 50 min manat cərimələdi. Düzdür, bizim səhvimizdir, amma bu formada baş verib. Dedik, siz də bilirsiniz ki, təsadüfi olub. Müraciət etdik ki, 110 mini keçmirsiniz, ən azından 50 mini silin. Lap siz də, biz də açıqlama verək ki, belə bir səhv olub. Kimsə etiraz edərsə də, belə başa salmaq olar. İlin-günün bu vaxtı heç nədən 50 min zərərə düşdük. Ötən il 2 avtobusumuzu satıb akademiyaya xərcləmişik. Bu yandan isə nəyə görəsə 50 min manat cərimə ödəməliyik. Haqlı qərardır, amma nəyəsə görə keçmək olardı".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:35

Mbappe və Dembele 2026 Qızıl Top təqdimat mərasimində iştirak edəcəklər

Futbol
Bu gün, 04:48

Trabzondakı “Salah təpəsi” adı qoyuldu

Futbol
Bu gün, 04:13

Mbappe “El Clasico”da dubl vuruşla Real Madrid üçün 100‑cü qolunu qeyd etdi

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Oxşar xəbərlər