"Qəbələ"nin meneceri Bəxtiyar Vaqifzadə Türkiyənin "Başakşehir" klubu və Avropa Klublar Assosiasiyası (ECA) tərəfindən təşkil olunan "Peşəkar Futbol İdarəetməsi" proqramını uğurla tamamlayıb.
Klubdan "Report"a verilən məlumata görə, 4 ay davam edən proqram çərçivəsində iştirakçılar idarəetmə, skautinq, marketinq, gənclərin inkişafı, dayanıqlılıq və maliyyə kimi futbolun əsas sahələri üzrə dərin bilik və təcrübə qazanıblar.
⠀
İstanbulda baş tutan məzuniyyət mərasimində "Qəbələ" rəsmisinə diplom "Başakşehir"in baş məşqçisi Çağdaş Atan tərəfindən təqdim edilib.