top
Qəbələnin idman direktoru: Legioner limitinin ləğvi Azərbaycan futbolunu məhvə aparmayacaq Report.az
05 fevral 2025, 13:40
- +

"Qəbələ"nin idman direktoru: "Legioner limitinin ləğvi Azərbaycan futbolunu məhvə aparmayacaq"

Bəziləri düşünür ki, legioner limitinin ləğvi Azərbaycan futbolunu məhvə aparacaq. Bu fikirlərlə qətiyyən razı deyiləm.

Bunu "Report"a açıqlamasında I Liqada çıxış edən "Qəbələ" klubunun idman direktoru Səbuhi Səfiyarlı deyib.

O, indiyədək ölkə çempionatında müxtəlif limitlərin olduğunu xatırladıb:

"Legioner limitinin ləğvi haqqında danışanda hər iki mövqeyi müdafiə edənlərin özlərinə görə arqumentləri var. Daha əvvəl 21 yaşadək futbolçular üçün də var idi. Gənc oyunçuların oynaması, şans qazanması, yetişməsi və gələcəkdə yığmaya xeyir verməsi üçün tətbiq olunurdu. Amma bu, baş vermədi. Bütün bunlar ona görə edilirdi ki, yerli oyunçular yetişdirilsin. Amma yenə görürük ki, yığmada "milliləşdirilmiş" futbolçular oynayırlar. Son illərdə də milli həmişə seçmə mərhələlərdə qrup sonuncu olmamaq üçün mübarizə aparırdı. Komanda UEFA Millətlər Liqasında bunu da bacarmadı və D Liqasına düşdü".

S.Səfiyarlının sözlərinə görə, yaxşı yerli oyunçular yenə meydana çıxacaqlar:

"İzah edirlər ki, güya azərbaycanlıların oynamaq şansı olmayacaq. Bunun fərqi yoxdur. Çünki legionerlərin sifarişi üçün elə məbləğlər var ki, onu heç də bütün klublar ödəyə bilməyəcəklər. Ancaq yaxşı büdcəyə malik olanlar verə biləcəklər. Orta və aşağı büdcəyə malik klublar yenə yerlilərdən yararlanacaqlar. Bu, azərbaycanlı futbolçulara da özünü göstərmək şansı verəcək. Bəzi absurd fikirlər səsləndirilir ki, klublar keyfiyyətsiz legionerlər gətirəcək. Bir klub keyfiyyətsiz oyunçunu niyə komandaya cəlb etsin? Hazırkı sirafiş ərizələrində hər klubun 13-14 əcnəbi oyunçusu var. Bundan artıq da olmayacaq. Çünki 13-cü legionerin qiyməti 100 min manatdır. Növbəti mövsümdən klubların əksəriyyəti 13-cü legioneri almayacaq. Keyfiyyətsiz legioner gətirəcəklər? Belə olanda komanda I Liqaya düşəcək. Klub limit olsa və ya olmasa da, legioner cəlb edir. Hansısa şəxsin fikrində başqa şeylər varsa, bunun limitə aidiyyatı yoxdur".

Klub rəsmisi artıq bəzi futbolçuların Azərbaycan pasportuna arxayın olmayacağını söyləyib:

"Limit olduğu dönəmdə bəzi futbolçular layiq olmadıqları klublarda layiq olmadıqları pulu alırdılar. İndi isə öz mövqeyindəki legioneri üstələmək istəyəcək ki, daim oynasın. Bu hardasa yerli oyunçuların keyfiyyətinin artmasına səbəb ola bilər. Hamısına aid olacağını demirəm. Çünki futbolçuların potensiallarını, nəyə qadir olduqlarını bilirik. Artıq azərbaycanlı oyunçular daha çox çalışmağa məcbur qalacaqlar. Bu halları görəcəyik. Çox yanlış fikirdir ki, legioner limitinin ləğvi yerlilərin qarşısını alacaq. Yaxşı oyunçu yenə də oynayacaq, özünə yer tapacaq. Limitin ləğvi yerli futbolçuların qazancına da təsir edəcək. Beləliklə, özlərinə qarşı daha tələbkar olmağa başlayacaqlar. Premyer Liqa klubları limit olduğu üçün yerli futbolçuları icarəyə vermirdilər. Hər zaman azərbaycanlı futbolçu lazım ola bilirdi. Birini oynadırdılar, digərini isə ehtiyatda saxlayırdılar. Artıq belə problem olmayacaq və digər klublara icarəyə veriləcəklər. Komanda sayının 12-yə qaldırılması yerli futbolçuların komanda seçimlərinin artması deməkdir. Premyer Liqaya layiq olmayan isə I Liqada çıxış edəcək. Bu da aşağı dəstənin səviyyəsinin artmasına gətirib çıxaracaq. Əvvəl-axır bunlar baş verməli idi. Yerli futbolçularda çox rahatlıq var idi. Onları silkələmək lazım idi. Belə qərarın verilməsi bəlkə də yaxşı hal olacaq. Məncə, limitin ləğvi uzun müddətli ola bilməz. Yerli futbolçuların səviyyəsi artdıqdan sonra yenidən bu məsələyə qayıtmaq olar. Hər halda, uzun müddət davam etməyəcək. Çempionatda 12 komandanın olması isə son illərdə verilən ən yaxşı qərarlardan biri, bəlkə də birincisidir. Klub sayı mütləq artmalı idi".

Qeyd edək ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün rüsumlar tətbiq olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Bu gün, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Futbol
Bu gün, 05:13

Zidane, Fransa millisi üçün ilk heyət siyahısını açıqlamaq ərəfəsində “Formula‑1” İspaniya Qran‑prisinə qatıldı

Futbol
Bu gün, 00:26

“Şəfa” kipi Nicat Mehbalıyev: Millidən dəvət almaq ən böyük arzumdur

Futbol
Dünən, 23:33

Şəfa ilə Sabah arasında keçirilən matçın girişləri pulsuz olacaq

Futbol
Dünən, 23:13

Toral Bayramovun oyununa baxmayaraq Bursaspor qələbəni qaçırdı

Futbol
Dünən, 22:43

La Liqa: Xetafe ilə Deportivo arasında 1:1 nəticə, Obameyanq qollarını vurdu; Barcelona Levante’ni 4:2 məğlub etdi

Futbol
Dünən, 22:20

Renat Dadaşov Bukovina ilə Zorya qarşısında debüt etdi, komanda son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Futbol
Dünən, 21:29

Premyer Liqa: “Manchester City”dən derbi qələbəsi, “Brayton”dan 5-0 qalibiyyət – yenilənib + video

Qarabağ FK
Dünən, 21:17

Qarabağ və Zira 1:1 hesablı heç‑heçə – Qurban Qurbanov: “Hər iki komanda bir xal qazanmağa layiq idi”

Futbol
Dünən, 18:27

Araz‑Naxçıvan və Turan Tovuz arasında 2:2 hesabı ilə bərabərlik

Qarabağ FK
Dünən, 16:18

“Araz‑Naxçıvan” yarımmüdafiəçisi Rövlan Muradov: “Qarabağın adı bizə çətinlik yaratmır, ancaq şansları daha yaxşı dəyərləndirməliyik”

Qarabağ FK
Dünən, 15:19

“Sabahın ulduzları” U-14 Bakı kubokunda qol yağışı: Neftçi 6‑2 Zira, Vətən 4‑2 Xan

Futbol
Dünən, 06:38

Arteta hakimlərin penaltı qərarına qəzəbləndi: “Bu gün oyun müdafiəsiz idi”

Futbol
Dünən, 05:41

Kovaç, Dortmundun Paderborn üzərindəki 3-0 qələbəsini şərh etdi

Futbol
Dünən, 00:14

Azər Bağırov Sumqayıtdakı 1:1 heç-heçəni və oyunun çətinliyini şərh etdi

Futbol
12 sentyabr 2026, 23:43

Tottenham İngiltərə Premyer Liqasının ilk dörd turunda qol vura bilməyərək rekord qırdı

Basketbol
12 sentyabr 2026, 22:51

“Neftçi” basketbol komandası Türkiyədə iki matçda məğlub oldu

Futbol
12 sentyabr 2026, 22:29

“Tottenhem” Evertonla 0:0 heç-heçə, “Hall Siti” Çelsi ilə 2:2 bərabərlik - VİDEO

Futbol
12 sentyabr 2026, 22:28

Kəpəz, Qəbələni 1:0 məğlub etdi - Video icmalı

Futbol
12 sentyabr 2026, 22:07

Latsio iki qol fərqini itirdi, Milanla 2:2 heç-heçə

Futbol
12 sentyabr 2026, 21:55

Amil Ağacanov: “Kəpəz daha əzmkar oynadı və qalib gəldi”

Basketbol
12 sentyabr 2026, 21:33

Azərbaycan qadın 3x3 basketbol komandası Avropa çempionatında Ukraynaya 20:7 hesabı ilə məğlub etdi

Futbol
12 sentyabr 2026, 21:08

Qəbələ məşqçisi: Qələbə üçün xarakter və istək çatışmır

Oxşar xəbərlər