top
Qəbələnin idman direktoru AFFA-nın klublara qarşı ikili standartlar tətbiq etməsindən şikayətlənib Idman.biz
01 avqust 2025, 10:07
- ↺ +

"Qəbələ"nin idman direktoru AFFA-nın klublara qarşı ikili standartlar tətbiq etməsindən şikayətlənib

"AFFA-nın bu məsələdə ikili standart tətbiq etdiyini düşünürəm. Çünki "Qəbələ" də ötən mövsüm I Liqada çıxış edirdi. İcraiyyə Komitəsinin martın 14-ü verilən qərarında 3 il söhbəti yox idi. Qeyd edilmişdi ki, Premyer Liqada çıxış edən klublara möhlət verilməsi məsələsinə baxılsın. Orada yazılmamışdı ki, "3 il elitada oynamamış". Bu 3 il məsələsini sonradan özləri əlavə etdilər ki, "Qəbələ"yə şamil edilməsin. Bu da çox açıqdır. Klubumuza qarşı fərqli yanaşma var".

İdman.biz xəbər verir ki, bu fikirləri Futbolinfo.az-a açıqlamasında "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı səsləndirib.

AFFA-nın I Liqadan gələn digər komandalar – "Karvan-Yevlax" və "İmişli" barədə güzəşt qərarını yalnız mətbuatdan öyrəndiklərini bildirən funksioner, heç bir rəsmi məlumatın onlara təqdim olunmadığını vurğulayıb: "Qərarı mətbuatdan oxuduq, çünki bizə rəsmi olaraq heç bir məlumat verilmədi. Eyni istəklə müraciətimizin qəbul olunmamasını nə izah edən oldu, nə də bizdən nəsə soruşuldu. Bu, federasiyanın qərarıdır. Məcbur olsaq da, tələbləri yerinə yetirəcəyik. Amma çətinliklər olacaq. U-15, U-17 və əvəzedici heyətimiz Bakıda məşq edəcək. Orada isə həm oyun, həm məşq üçün yer tapmaq olduqca çətindir. Bu barədə məktubda da yazmışdıq ki, daha perspektivli olan 19 yaşlılara fokuslana bilək deyə, əvəzedici heyəti ləğv etməyə icazə verilsin. Bu halda onlara daha yaxşı şərait yarada bilərdik. İndi isə əksinə, digər yaş qruplarına və akademiyaya ayrılan vəsaitin böyük hissəsini əvəzedici heyətə xərcləməli olacağıq".

Səfyarlı klubun yaşadığı çətinliklərə də toxunub: "Bildiyiniz kimi, akademiyada yataqxana sistemini ləğv etmişik və müəyyən məhdudiyyətlər tətbiq olunub. Yaş qruplarımızın bəzilərində əsasən kənardan gələn futbolçular çıxış edir deyə, bu, böyük çətinlik yaradır. AFFA-ya müraciət edərək bildirmişdik ki, komandalarımızdan biri üzrə bizə güzəşt edilsin. Amma mümkün olmadı. İndi məcbur qalıb 15 və 17 yaş qruplarını Bakıdan yarışlara buraxacağıq. Çünki Qəbələdə nə yataqxana təmin edə bilirik, nə də yerli futbolçularla kifayət qədər heyət formalaşır. Əvəzedici komandada isə cəmi 2-3 futbolçumuz var. Keçən mövsüm əsasən gənclərlə oynamışdıq, indi həmin futbolçular artıq 19 yaşlıların çempionatında çıxış edəcək. Federasiyaya məktubla bunları bildirmişdik, xahiş etmişdik ki, bizi də nəzərə alsınlar. Ötən mövsüm I Liqada çıxış edəndə əvəzedici heyət tələbi yox idi, bizdə də yox idi. İndi isə sıfırdan komanda qurmalıyıq. Digər klublara 1 il möhlət verilibsə, bizə də bu imkanı tanıya bilərdilər".

Maliyyə məsələsinə gəldikdə isə, Səfiyarlı mövcud qərarların klublar arasında balansı pozduğunu düşünür: "Hər yaş qrupunun saxlanması üçün azı 80-100 min manat tələb olunur. Əgər klubları bu öhdəlikdən azad etsələr, bu, 300-400 min manat qənaət deməkdir. Əvəzedici heyətin olması isə xərci daha da artırır. Bu qərar bizə rəqabətdə çətinlik yaradır, digər klublara isə üstünlük verir. Biz də maliyyə problemi yaşayırıq. Ona görə akademiyada yataqxana sistemini ləğv etmişik. İnfrastrukturumuz yaxşı olsa da, digər klublara göstərilən dəstək bizə göstərilmədi. Heç bir sahədə güzəşt olunmadı. Bu qərar maliyyə baxımından rəqabət mühitini pozur".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Dünən, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Dünən, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Oxşar xəbərlər