top
Qəbələnin baş məşqçisi deyib: Komandanın əsas heyətini saxlayacağıq və yeni oyunçular da alacağıq - MÜSAHİBƏ Report.az
09 aprel 2025, 15:40
- ↺ +

"Qəbələ"nin baş məşqçisi deyib: "Komandanın əsas heyətini saxlayacağıq və yeni oyunçular da alacağıq" - MÜSAHİBƏ

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze "Report"a müsahibə verib. Gürcüstanlı mütəxəssis 2025/2026 mövsümü üçün Premyer Liqaya vəsiqəni təmin etmələri barədə danışıb. O, yeni "futbol ili"ndə komandasının iddialarına və gələn mövsüm tədbiq olunacaq legioner limitinin ləğvinə də toxunub.

- I Liqanın XX turunda səfərdə "Baku Sportinq"ə 5:0 hesabı ilə qalib gəlməklə Premyer Liqaya vəsiqəni təmin etdiniz. Təəssuratlarınız necədir?

- Məqsədimizə çatdığımız üçün olduqca sevincliyik. Lakin mövsüm hələ başa çatmayıb və qarşıda bizi bir neçə tur gözləyir. Bu isə o deməkdir ki, hədəfimizə tam olaraq çatmaq üçün həmin matçlardan xallarla ayrılmalıyıq. Belə olan halda I Liqanı çempion kimi bşa vura bilərik. Əlbəttə, Premyer Liqaya vəsiqəni təmin etdiyimiz üçün şadıq.

- "Qəbələ"nin baş məşqçisi kimi I Liqada işə başlayanda mövsümün sizin üçün belə asan keçəcəyini təxmin etmişdiniz?

- Bu, mənim üçün çox çətin sualdır. Heç kim işinin asan olacağını əvvəlcədən deyə bilməz. Axı mövsümün əvvəlində ilk üç yerdən birini tutacağını necə bilmək olar? Hazırkı vəziyyətin bizə asan başa gəldiyini kim söyləyir? Hər kəs bu işdə əziyyət çəkir. Əksəriyyəti yeni futbolçulardan təşkil olunmuş komanda qurduq. Hər görüşdə qazanılan xal çətin başa gəlir. Çünki rəqiblər bizə qarşı xüsusi motivasiya ilə çıxış edirlər. Rəqib komandalar çalışırlar ki, "Qəbələ" ilə matçdan xalla ayrılsınlar.

- Sizin kimi iddialı mütəxəssisin aşağı liqada çalışması tanınmış azərbaycanlı məşqçilər üçün də nümunə ola bilərmi?

- Bəli, bəlkə də dediyiniz kimi ola bilər. İşə başlamamışdan əvvəl şəxsi ambisiyalarımızı bir kənara qoyub, kluba kömək etmək qərarına gəldik. Daha sonra birlikdə yeni komanda formalaşdırmaq və uğur qazanmaq üçün çalışdıq. Sevinirəm ki, I Liqadakı fəaliyyətimiz uğursuz alınmadı.

- "Qəbələ"nin hazırkı heyəti ilə Premyer Liqada mübarizə aparmaq olar?

- Heyətimizdə yaxşı futbolçular yer alıb. Lakin Premyer Liqa üçün heyəti bir qədər də gücləndirməli olacağıq. Hazırda bu günü düşünürük. Hədəfimiz I Liqanın qalibi olmaqdır. Mövsüm başa çatdıqdan sonra rəhbərliklə oturub, bu barədə söhbətlər aparacağıq. Mütləq şəkildə yeni transferlər olacaq. Lakin əminliklə deyə bilərəm ki, komandanın özəyini qoruyacağıq.

- 2025/2026 mövsümdən etibarən Premyer Liqada legioner futbolçu limiti ləğv olunacaq. Sizcə, bu qərar Azərbaycan futboluna nə kimi fayda verə bilər?

- Bu qərarın Azərbaycan futboluna nə dərəcədə fayda verə biləcəyini indidən söyləmək çətindir. Bəzi məsələlər var ki, onun həllini zaman göstərir. Legioner limitinin ləğvi də həmin məsələlərdən biridir.

- Daha əvvəl Azərbaycanda "Standard" (fəaliyyətini dayandırıb) və "İnter" (indiki "Şamaxı") klublarında çalışmısınız. Premyer Liqaya yaxından bələd olan bir mütəxəssis kimi hazırkı çempionat barədə nə deyə bilərsiniz?

- Qətiyyətlə deyə bilərəm ki, Premyer Liqanın səviyyəsi yüksəlib. Çempionat xüsusilə bu il müsbət mənada fərqlənir. Nəzərə almaq lazımdır ki, yeni mövsümdən etibarən komanda sayı 12-yə yüksələcək. Bu, rəqabətin bir qədər də artacağı deməkdir. Legioner limiti ləğv olunduqdan sonra, inanıram ki, səviyyəsi yüksək olan futbolçular Azərbaycana təşrif buyuracaq. Belə olduqdan sonra limitin ləğvinin Azərbaycan futboluna necə təsir edəcəyini görəcəyik.

- Azarkeşlər yeni mövsümdə necə "Qəbələ" görəcəklər?

- Bu barədə bir qədər əvvəl müəyyən qədər danışdım. Bildirdim ki, komandanın özəyi qorunacaq. Lakin imkanımızın çatacağı qədər də güclənmək istəyirik. Kluba hansı legionerlər cəlb olunacaq? Yeni gələnlərin səviyyəsi necə olacaq? Bu sualların cavabı cari mövsümün sonunda müəyyənləşəcək. Əsas hədəfimiz Premyer Liqada möhkəmlənməkdir. Buna əmin ola bilərsiniz. Oyunlara maksimum xal toplamaq və özümüzü yaxşı tərəfdən göstərmək üçün çıxacağıq. Qalan işlər - büdcə, yeni transferlər və sair yeni mövsümdən öncə bir araya gələndən sonra bəlli olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Oxşar xəbərlər