"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Qəbələ"dən Emil Süleymanovu icarə əsasında heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi növbəti mövsümü "Şamaxı"da keçirəcək.