top
Qəbələdə baş məşqçi istefası yaxınlaşır: Səbəb azarkeşlərlə mübahisə və uğursuz nəticələr Idman.biz
07 oktyabr 2025, 15:45
- ↺ +

"Qəbələ"də baş məşqçi istefası yaxınlaşır: Səbəb azarkeşlərlə mübahisə və uğursuz nəticələr

"Qəbələ"də vəziyyət qarışıb. Ardıcıl uğursuz oyunlardan sonra baş məşqçi Kaxaber Sxadadzenin istefası gündəmə gəlib.

İdman.biz futbolinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqada qalmaq uğrunda mübarizədə əsas rəqiblərdən olan "Şamaxı"ya ev məğlubiyyəti azarkeşlərin etirazına səbəb olub. İş o həddə çatıb ki, gürcü mütəxəssis tribunaya hücum çəkərək fanatlarla söz duelinə çıxıb.

Bu durum klubun sahibi olan Tale Heydərovun xoşuna gəlməyib. O, klub prezidenti Fariz Nəcəfovu bu olaya görə danlayıb, gürcü mütəxəssisin özbaşınalığına son qoyulmasını tələb edib. Nəcəfova o da izah olunub ki, Sxadadzenin hər mətbuat konfransında heyətin yetərsiz olduğunu dilə gətirməsi, dolayısı ilə klub rəhbərliyini hədəf göstərməsi bağışlana bilməz.

Əslində, Heydərov haqlıdır. Çünki "Qəbələ"nin elə son turda uduzduğu "Şamaxı" ilə müqayisədə daha yaxşı büdcəsi var. Klub akademiyası bağlandıqdan sonra dövlətin ayırdığı vəsait bütünlüklə əsas komandaya sərf olunur. Bundan başqa, yerli bazadan əldə olunan gəlir də "Qəbələ"yə yönəldilib. Üstəlik, klubun sponsorları 1 milyon dollar yardım edir. Bu qədər dəstəyin qarşılığında yalnız dövlətdən alınan vəsaitlə dolanan "Şamaxı"ya uduzmaq utancvericidir.

Sxadadze elə bu büdcə ilə "Qəbələ"ni I Liqaya endirən məşqçidir. Yenidən elitaya qayıtmaq isə digər klublarla müqayisədə ikiqat artıq olan büdcənin nəticəsidir. Bəli, komandanın heyəti çox gəncdir. Lakin bu yolu da Sxadadze seçib, bacarmayacaqdısa, mövsüm başlamamış istefa verməliydi. İndi deyinmək, azarkeşlə dalaşmaq acizliyin göstəricisidir.

Milli komandalara görə yaranan fasilə Kaxa üçün son şansdır. O, fasilədə komandanı daha yaxşı hazırlamalı, növbəti turdan başlayaraq xallar toplamalıdır. Əks halda, istefa qaçılmaz olacaq. Zatən azarkeşlərlə dalaşan məşqçilərin taleyi bəllidir. Bir neçə həftə öncə Adil Şükürov "Kəpəz"dən məhz fanatlarla xoşagəlməz mübahisədən sonra qovulmuşdu.

Xatırladaq ki, "Qəbələ" 7 turdan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər