"Qəbələ" və "Sumqayıt" klubları yoxlama oyununda üz-üzə gəliblər.
"Report" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 2 dəfə fərqləniblər.
"Gənclik şəhəri" təmsilçisinin heyətində Roi Kehat və Aleksandr Ramalinqom fərqləniblər. Ev sahiblərinin qollarını isə Murad Musayev və İbrahim Sanqare vurub.