Misli Premyer Liqasında XIV turun oyunları davam edir. Sport24.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk görüşü Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Turan Tovuz"u qonaq edir. Meydan sahibləri 8 xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıbsa, aktivində 24 xal olan qonaqlar 4-cü yerdədir. Liderlər qrupunda uzaq düşməmək üçün "boz qurdlar" səfərdən 3 xalla qayıtmaq məcburiyyətindədir. Elə "qırmızı-qaralar"ın da təhlükəli zonadan bir qədər aralanması üçün qələbəyə hava-su kimi ehtiyacı var.
Qeyd edək ki, matçın start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XIV tur
17:00. "Qəbələ" - "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ. Şəhər stadionu.