Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının V turu çərçivəsində Estoniya yığmasını qəbul edəcəyi Qəbələ şəhər stadionunda işlər yekunlaşıb. Sport24.az xəbər verir ki, arenada media tribunanın, yeni mərkəzi kamera platformasının, qapı arxası platformanın, texiniki ərazinin təmir tikinti işləri, eləcə də, mövcud platformaların gücləndirilməsi və çəkiliş maşınları meydancasının düzləşdirilməsi prosesi başa çatıb.
Qeyd edək ki, Azərbaycan – Estoniya oyunu noyabrın 16-da, saat 18:00-da keçiriləcək.