Bu gün "Qəbələ" və "Şamaxı" yoxlama oyununda üz-üzə gələcəklər. Sport24.az xəbər verir ki, matç "qırmızı-qarlar"ın meydanında, daha dəqiq desək, Qəbələdə baş tutacaq.
Qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.
"Qəbələ"nin yay toplanışı avqustun 8-dək davam edəcək. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda bu müddət ərzində 5 yoxlama matçı keçirməyi planlaşdırır. Növbəti rəqiblərdən birinin "İmişli" olacağı dəqiqləşib.
Qeyd edək ki, "Şamaxı" isə "Karvan" (21 iyul), "Kəpəz" (26 iyul) və "İmişli" (9 avqust) ilə qüvvəsini sınayacaq.