Bu gün "Qəbələ" və "Şamaxı" klubları yoldaşlıq oyunu keçirib.
İdman.biz xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.
Matç "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Ziya Şəkərxanov və Salman Ələsgərov vurublar. "Şamaxı"nın heyətində isə Santos fərqlənib.
Qeyd edək ki, bu hər iki komanda üçün bu, mövsümlərarası fasilədə ilk yoldaşlıq oyunu olub.İdman.biz