top
Qəbələ prezidenti Fariz Nəcəfovun AZƏRTAC-a müsahibəsi: Komandanın mövsümü, transferlər və baş məşqçiyə etimad Idman.biz
07 yanvar 2026, 14:36
- ↺ +

"Qəbələ" prezidenti Fariz Nəcəfovun AZƏRTAC-a müsahibəsi: Komandanın mövsümü, transferlər və baş məşqçiyə etimad

"Bu suala komandamızın baş məşqçisi daha dolğun cavab verə bilər. Sadəcə, görünən odur ki, ehtiyat oyunçular skamyamız geniş deyil".

Bunu "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Qəbələ"nin mövsümün ilk hissəsindəki çıxışını necə şərh edərdiniz?

- "Qəbələ" 1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıtdı. Bilirdik ki, qayıtmaqdan da çətini güclülər dəstəsində yerimizi qorumaq olacaq. Komandanın qarşısına Premyer Liqada qalmaq və mümkün qədər üst pillələrə qalxmaq tapşırığı qoyulub. "Qəbələ" hazırda çempionatda ən çox gənc və yerli futbolçu oynadan komandadır. Əksər görüşlərdə komandamız meydana akademiya yetirməsi olan 5-6 futbolçu ilə çıxıb. Bəzi oyunlarda 3 xal qazanmaq üçün məhz təcrübə çatmadı. Qış fasiləsinə kimi xal itkilərimiz çox olsa da, komandanın göstərdiyi oyun, bir çox görüşlərdə ortaya qoyulan əzmkarlıq gələcəyə ümidlə baxmağa əsas verir. Əlbəttə, istərdik ki, qış fasiləsinə daha yüksək pillələrdə yollanaq. "Qəbələ" hazırda turnir cədvəlində layiq olduğu yerdə deyil. İnanıram ki, fasilədən sonra komandamız uğurlu nəticələri ilə azarkeşləri sevindirəcək və turnir cədvəlində də daha yüksək yerdə olacaq.

- Sizcə, komandada hansı çatışmazlıqlar var?

- Bu suala komandamızın baş məşqçisi daha dolğun cavab verə bilər. Sadəcə, görünən odur ki, ehtiyat oyunçular skamyamız geniş deyil. Bu səbəbdən də qış fasiləsində heyətə yeni futbolçular cəlb etməyi düşünürük.

- Qış fasiləsində hansı dəyişiklikləri etməyi düşünürsünüz? Hazırda neçə futbolçu ilə danışıqlar gedir? Sirr deyilsə, adlarını deyə bilərsiniz?

- Artıq bir futbolçu ilə müqavilə bağlamışıq. Bu, təcrübəli mərkəz müdafiəçisi Seydina Keytadır. Danışıq apardığımız başqa futbolçular da var. Heyətə daha 3–4 futbolçunun cəlb olunması nəzərdə tutulur. Transferlər rəsmiləşəndə bu barədə ictimaiyyətə məlumat veriləcək.

- Sizcə, baş məşqçi Kaxaber Sxadadze komandanı Premyer Liqada saxlaya biləcək? Ümumiyyətlə, onun qış fasiləsinədək olan işindən razısınız?

- Kaxaber Sxadadze böyük təcrübəyə malik mütəxəssisdir. Gürcüstan millisinin baş məşqçisi olub, "Kayrat", "Ordabası" kimi klublarda işləyib. Bildiyiniz kimi, uzun illər Azərbaycan klublarında da fəaliyyət göstərib, ona görə bizim futbola da yaxşı bələddir. Baş məşqçimizlə görüşümüz oldu və o da bizi əmin etdi ki, komandanı Premyer Liqada saxlayacaq. Biz də öz növbəmizdə baş məşqçiyə tam şəkildə etimad göstərir və güvənirik.

- Ötən mövsüm akademiyanın fəaliyyətinin məhdudlaşdırılması futbol ictimaiyyətində məyusluq yaratdı. Yeni ildən və ya növbəti mövsümdən bu istiqamətdə hər hansı müsbət dəyişiklik gözlənilir?

- Təbii ki, biz də istəməzdik ki, akademiyanın fəaliyyətini məhdudlaşdıraq. Premyer Liqa klublarının heyətlərindəki yerli futbolçulara diqqət yetirsək, görərik ki, onların 90 faizi məhz "Qəbələ"nin akademiyasından çıxıb. Uzun illər akademiyamız ölkədə ən yaxşılardan olub, aşağı yaş qruplarından ibarət komandalarımız dünyanın müxtəlif ölkələrində beynəlxalq turnirlərdə iştirak ediblər. Sadəcə, ötən il maliyyə vəziyyətinə görə akademiyanın fəaliyyətini məhdudlaşdırmalı olduq. Ümid edirdik ki, Əvəzedicilər Liqası ləğv olunacaq və orada çıxış edən komandaya sərf olunan vəsaiti akademiyaya yönəldə biləcəyik. Lakin bu baş vermədi. Bundan başqa, legioner limitinin ləğvi də yerli futbolçulara olan tələbatın azalmasına gətirib çıxardı. Əvvəllər gənc futbolçuların satışından əldə etdiyimiz vəsait hesabına akademiyanın büdcəsini formalaşdırırdıq. Lakin legioner limitinin ləğvindən sonra artıq yerli, gənc oyunçulara tələbat demək olar ki, yoxdur. Bütün bu səbəblərdən akademiyanın fəaliyyətini məhdudlaşdırmalı olduq. Hazırda bu istiqamətdə hər hansı dəyişiklik nəzərdə tutulmur.

- Əvvəlki illərdə həm yerli, həm də bəzi əcnəbi klublar Qəbələdə təlim-məşq toplanışı keçirdi. Bu, maliyyə baxımından kluba müəyyən qədər fayda verirdi. Toplanış üçün "Qəbələ"yə yerli və ya xarici klublardan müraciətlər olurmu?

- Qəbələdə adətən yay aylarında həm yerli, həm də əcnəbi klublar təlim-məşq toplanışı keçirlər. Bunun üçün stadionumuzda hər bir şərait var və bir neçə komanda eyni anda məşq edə bilir. Qış aylarında isə Qəbələdə hava soyuq olur, çox vaxt güclü qar yağır. Bu baxımdan, qış fasiləsində digər klubların gəlib burada təlim-məşq toplanışı keçməsi mümkün olmur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Oxşar xəbərlər