Misli Premyer Liqasının 22-ci turunun "Qəbələ" - "Karvan-Yevlax" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 26-cı dəqiqədə İmani Barker "Karvan-Yevlax" klubunu hesabda irəli çıxarıb - 0:1.
17:03
Misli Premyer Liqasının 22-ci turunun "Qəbələ" - "Karvan-Yevlax" oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Kamal Umudlu idarə edir.
16:10
"Qəbələ" Misli Premyer Liqasının 22-ci turunda Qəbələ şəhər stadionunda "Karvan-Yevlax"ı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 17:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 7. Turan Manafov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 24. İsmael Akinade 12. İbrahim Sanqare 3. Eduardo Kunde 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
"Karvan-Yevlax": 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 8. Peter Kings 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
10:20
Bu gün futbol üzrə Misli Premyer Liqasının 22-ci turu çərçivəsində ikinci qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edəcək.
Oyun saat 17:00-da başlayacaq. "Qəbələ" 15 xalla turnir cədvəlinin onuncu pilləsində yer alıb. 6 xala malik "Karvan-Yevlax" isə on ikincidir.
Misli Premyer Liqası
İkinci dövrə, 22-ci tur
28 fevral (cümə)
17:00. "Qəbələ" - "Karvan-Yevlax"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihad Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayı"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.