top
Qəbələ Azərbaycan Kubokunun 1/4 finalında: Şəfa üzərində qələbə - YENİLƏNİR Idman.biz
04 dekabr 2025, 16:55
- ↺ +

"Qəbələ" Azərbaycan Kubokunun 1/4 finalında: "Şəfa" üzərində qələbə - YENİLƏNİR

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yüksələn daha bir komanda bəlli olub.

İdman.Biz xəbər verir ki, "Qəbələ" bu raundda iştirak hüququ qazanıb.

"Qırmızı-qaralar" 1/8 finalda I Liqa təmsilçisi "Şəfa"nı doğma meydanda məğlub ediblər - 2:1.

Meydan sahiblərinin heyətində qolları 2-ci və 53-cü dəqiqələrdə İbrahim Sanqare vurub. Qonaqlardan Emin Zamanov 6-cı dəqiqədə adını tabloya yazdırıb.

"Qəbələ" 1/4 finalda "Sabah"la üz-üzə gələcək.

Bu gün, saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" görüşləri başlayacaq.

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.

09:20

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçiriləcək.

İlk olaraq "Qəbələ" I Liqa təmsilçisi "Şəfa"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" görüşləri başlayacaq.

"Qəbələ" - "Şəfa" cütünün qalibi növbəti raundda "Sabah"la üz-üzə gələcək. "Araz-Naxçıvan" - "Kəpəz" duelinin güclüsü 1/4 finalda "Turan Tovuz"a, "Difai" - "Sumqayıt" oyununda qalib gələn tərəf "Zirə"yə rəqib olacaq.

Bizon Azərbaycan Kuboku
1/8 final
4 dekabr
15:00. "Qəbələ" - "Şəfa"

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu

19:00. "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
"Liv Bona Dea Arena"

19:00. "Difai" - "Sumqayıt"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Oxşar xəbərlər