"Qəbələ" Abdullahi Şuaybu ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin yayından "qırmızı-qaralar"ın formasını geyinən Abdullahi "Qəbələ"də keçirdiyi 29 oyunda 8 qol vurub.
İdman.biz