Stanislav Çerçesovun rəhbərlik etdiyi Qazaxıstan millisi Millətlər Liqasında yeni antirekord müəyyənləşdirib. Sport24.az xəbər verir ki, komanda son turda Norveçə 0:5 hesabı ilə uduzub. Nəticədə Qazaxıstan cari Millətlər Liqasında buraxdığı qolların sayı 15-ə çatdıb.
Bu isə turnir tarixinin antirekordudur. Belə ki, qazaxlar Qazaxıstan turnirdə keçirdiyi 6 oyunun heç birində qələbə qazana bilməyib. Komanda 1 dəfə heç-heçə edib, 5 dəfə isə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, yekun nəticədə Qazaxıstan B divizionundan aşağı liqaya - C Liqasına düşüb.