Qazaxıstan Şimali Makedoniya ilə 1:1 hesablı heç-heçə edərək, 2026-cı il dünya çempionatına vəsiqə almaq şansını itirib.
İdman.Biz xəbər verir ki, seçmə mərhələsinin yeddi oyunundan sonra Qazaxıstan yeddi xalla J qrupu cədvəlindəki beş yerdən dördüncüdədir. Bu qrupun liderləri Belçika (14) və Şimali Makedoniyadır (13).
Seçmə mərhələdə Qazaxıstan Uelsə uduzub (1:3), Lixtenşteyni məğlub edib (2:0), Şimali Makedoniya (0:1), Uels (0:1) və Belçikaya (0:6) uduzub, Lixtenşteyni növbəsi dəfə (4:0) məğlub edib və Şimali Makedoniya ilə heç-heçə oynayıb (1:1).
Noyabrın 15-də keçiriləcək seçmə mərhələsinin yekin matçında Qazaxıstan öz sahəsində Belçikanı qəbul edəcək.