Qazaxıstan mətbuatı "Qarabağ" futbol klubunun Çempionlar Liqasındakı ardıcıl qələbələrini ölkəni bu turnirdə təmsil "Kayrat"a örnək göstərib.
İdman.biz xəbər verir ki, Qazaxıstanın "Totalnı Futbol KZ" "Telegram" kanalında qeyd olunur ki, "Qarabağ"ın ötən gecə göstərdiyi parlaq oyunla "Kayrat"ın "Kopenhagen"lə keçirəcəyi matçın nəticəsi müqayisə ediləcək.
Bildirilir ki, Ağdam təmsilçisinin dünən Bakıda "Kopenhagen" üzərində qazandığı qələbə Qazaxıstan mətbuatında "Kayrat" rəhbərliyinin "biz layiqincə oynadıq, amma uduzduq" kimi açıqlamalarına bəhanə yeri qoymur.
Qeyd edək ki, Çempionlar Liqasında Qazaxıstanı təmsil edən Almatının "Kayrat" klubu noyabrın 26-da Danimarkanın "Parken" stadionunda "Kopenhagen"lə üz-üzə gələcək. "Kayrat" iki gün əvvəl "Real Madrid"ə 0:5 hesabı ilə məğlub olub.