top
Qavi Tompson Qarabağ məğlubiyyətindən və liqadakı ümidlərindən danışdı - MÜSAHİBƏ Idman.biz
04 sentyabr 2025, 10:24
- ↺ +

Qavi Tompson "Qarabağ" məğlubiyyətindən və liqadakı ümidlərindən danışdı - MÜSAHİBƏ

"Karvan-Yevlax"ın nigeriyalı yarımmüdafiəçisi Qavi Tompsonun Futbolinfo.az-a müsahibəsi

– Misli Premyer Liqasının 3-cü turunda "Qarabağ"a məğlub oldunuz (0:2). Oyunla bağlı fikirləriniz necədir?

– "Qarabağ" çox yaxşı komandadır. Buna baxmayaraq, biz hər oyuna xal qazanmaq üçün çıxırıq. Məqsədimiz bu görüşdən də yaxşı nəticə ilə ayrılmaq idi. Meydançanı xalsız tərk etdiyimizə görə məyus olduq.

– "Karvan-Yevlax"ın ilk 3 tur ərzindəki ümumi çıxışını necə dəyərləndirirsiniz? Razısınız ki, 3 tura 4 xal komandanız üçün yaxşı nəticədir?

– İlk 3 tur bizim üçün pis keçmədi. Məqsədimiz mövsümün əvvəlində mümkün qədər çox xal toplamaq idi. Təkcə "Qarabağ"la görüşdə meydanı xalsız tərk etdik.

– Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə komandanıza necə təsir edəcək?

– Düşünürəm ki, fasilə bizə ilk 3 turda çatışmayan cəhətlərimizin üzərində daha çox işləmək imkanı verəcək. Bundan əlavə, fasilə bizə liqa bərpa olunanda daha güclü olmağa şərait yaradır.

– Liqanın 4-cü turunda "Şamaxı" ilə qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

– Ümid edirəm ki, "Şamaxı" ilə oyunda qalib gələcəyik. Bunu bacarsaq, "Qarabağ"a məğlubiyyətdən sonrakı əhval-ruhiyyəmizi yenidən yaxşılaşacaq, qələbə ruhu komandaya qayıdacaq və daha da motivasiyalı olacağıq.

– Azərbaycan Premyer Liqası barədə düşüncələriniz necədir? Liqaya uyğunlaşmaq üçün çətinlik çəkmirsiniz ki?

– Çempionatın səviyyəsi yüksəkdir, komandalar güclüdür. Ona görə hələ də liqaya uyğunlaşıram və ümid edirəm ki, oyundan-oyuna hər şey mənim üçün daha da yaxşı olacaq.

– Uzun illərdən sonra Premyer Liqaya qayıdan "Karvan-Yevlax"ın gücü ilk mövsümü neçənci pillədə bitirməyə çatacaq?

– Düşünürəm ki, bizim üçün əsas məqsəd liqada qalmaq və oyundan-oyuna irəliləməkdir. Mövsümün sonunda liqanı yaxşı mövqedə başa çatdıracağımıza ümidliyəm. Bunu bacaracaq gücdəyik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Oxşar xəbərlər