İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt gələcək karyerası ilə bağlı suala cavab verib. Sport24.az xəbər verir ki, o, yaxın bir ildə fəaliyyət göstərməyəcəyini deyib.
BBC-yə danışan 54 yaşlı mütəxəssis zamana ehtiyacı olduğunu bildirib: "Dəqiq deyə bilərəm ki, gələn il işləməyəcəm. Bundan əminəm. Dəqiq qərar vermək üçün zamana ehtiyacım var. Bu vacib addımdır".
Qeyd edək ki, Sautqeyt AVRO-2024-dən sonra İngiltərənin "sükanı arxasından" gedib. Komanda onun rəhbərliyi ilə AVRO-2020-nin finalçısı olublar.