Qaret Beyl 2023-cü ilin yanvarında peşəkar futboldan ayrılıb, son rəsmi oyunu Qətərdə keçirilən Dünya çempionatında Uelsin İngiltərəyə 3:0 hesablı məğlubiyyəti olub.
Lent.az-ın xarici mediaya istinadla istinadla xəbərinə görə, görünürdü ki, o, butslarını birdəfəlik asıb, amma indi "Tottenhem"in əfsanəsi cəmi bir oyunluq da olsa geri dönür.
Sentyabrın 13-də Beyl Arsen Venqer və Rafael Benitesin rəhbərlik etdiyi iki komandanın qarşılaşacağı Koreyada xeyriyyə oyununda meydançaya çıxacaq.
Fanatlar Beyldən başqa Henri, Ronaldinyo, Runi, Puyol, Ferdinand və digər əfsanələri görəcəklər.