top
Qaradağ Lökbatanın baş məşqçisi çempionluq əzmindən danışıb Report.az
29 oktyabr 2025, 15:30
- +

"Qaradağ Lökbatan"ın baş məşqçisi çempionluq əzmindən danışıb

Azərbaycan II Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubu hər oyuna qələbə əzmi ilə çıxır.

Bunu "Report"a açıqlamasında qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun II təsnifat mərhələsində "İmişli"yə qarşı son dəqiqə qolu ilə məğlub olduqları matçı şərh edib:

"Premyer Liqa klubuna qarşı oyunun çətin keçəcəyini bilirdik. Rəqib hazırda çempionatda orta sıralarda qərarlaşan komandalardan biri idi. Son oyunda "Kəpəz"ə böyük hesabla qalib gəlmişdilər. Həmin görüşü təhlil etdik və görünən odur ki, futbolçularımız veirlən tapşırıqları doğru yerinə yetirdilər. Düzdür, səviyyə fərqi hiss olunurdu və bu, normal haldır. Baxmayaraq ki, topa daha çox "İmişli" sahib olmuşdu. Lakin biz də çəkinmədən hücumlar quraraq, qollarımızı vurduq. Həqiqətən maraqlı görüşə şahidlik etdik. Rəqib 90+6-cı dəqiqədə vurduğu qolla qələbə qazandı. Onları təbrik edirik".

Qəzənfər Abbasov II Liqanın qalibi olmaq istədiklərini söyləyib:

"Biz hər zaman oyunlara II Liqa yox, I Liqa komandası kimi hazırlaşırıq. Hazırkı hədəfimiz də II Liqanı çempion kimi başa vurub, I Liqaya qayıtmaqdır. Fərq etməz, Premyer Liqa, I Liqa, istərsə də II Liqa olsun, bötün matçlara qələbə əzmi ilə çıxırıq. "İmişli" ilə matçdan sonra futbolçularımı gözəl oyuna görə təbrik etdim. Bu heyətlə II Liqanın çempionu olacağımıza inanıram".

Qeyd edək ki, "Qaradağ Lökbatan" - "İmişli" oyunu 3:2 hesabı ilə ikincilərin xeyrinə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər