top
Qarabağ niyə udizdu və ya Təki yanılım Sport24.az
21 avqust 2024, 11:47
- ↺ +

Qarabağ" niyə udizdu və ya Təki yanılım

CEYHUN ƏLİYEV

Uduzdu(q). "Qarabağ"(la) uduzdu(q). İndi sosial şəbəkələr dövrüdür, XX əsrin ortaları yox. Əgər həmin dövrlərdə futbol qurmanları çayçıya yığışıb müzakirələr aparırdılarsa, indi "facebook" bütün təbəqələri qarışdırıb bir-birinə. Gecə saatlarından bəri kütlə ağdamlıların qol imkanlarından istifadə etməməsi, Qurban Qurbanovun əvəzetmə etməməsi, klub rəhbərliyinin transfer bazarında passivliyinə dair statuslarla "alovlandırır". Bir sözlə, ölkə futbolu ilə maraqlananların hamısı yazır və səhv axtarır. Gəlin, biz də gecə məğlubiyyətinin səbəblərini axtaraq...

"Süvarilər" Zaqrebdə rəqibindən demək olar ki, heç bir komponentdə geri qalmırdı. Ancaq realizasiya sarıdan müqayisə etdikdə təyyarə ilə at arabası qədər fərq ortaya çıxacaq.

Qeyd etdiyim komponentin üzərində bir qədər dayanmağa zərurət var. Çünki... Yenə də sosial şəbəkələrə baş vurduqda görürük ki, kütlə "bu qədər qol epizodu yaradıb vura bilməyənlər"i "ağ yuyub qara sərir". Axı, elə həmin Juninyo "Ludoqorets"ə analoji situasiyada qol vura bilmişdi. Bəs, indi niyə topu "göyərçin ovu"na göndərdi?! Niyə Zubir hər zərbə anında yarım addım yubanırdı? Niyə Andradelər həmişə qol vurduqları mövqedən topu ya qapıçının üstünə vurdular ya da yana? Bütün bu sualların cavabı eynidi. Tərəzinin gözündə Çempionlar Liqasının əsas mərhələsi dayanıb. Biz cəmi 3-cü dəfədi bu mərhələdəyik, Zaqreb "Dinamo"su isə... Bəli, "Facebook fenomenləri" ənənəvi olaraq "boş şeydi, dayan qaqan indi sənə başa salar" yaxud "transferlər etmək lazımdı" tipli reaksiyalar verə bilər. Amma məsələyə peşəkar yanaşdıqda aydın olur ki, Çempionlar Liqasının həyəcanını boğmaq üçün Qurban hoca nə qədər dəridən-qabıqdan çıxsa da, bu yetərli deyil. Çümpionumuz ard-arda dəfələrlə bu mərhələyə çatmalıdır ki, özünü pley-offda rahat hiss etsin. O ki qaldı transfer məsələsinə, burda da məsələ kifayət qədər qəlizdi. Məsələn, "Qarabağ" mərkəz hücumçusu aldı. Həmin futbolçu Juninyodan keyfiyyətli olmalıdı. Beləsinə nə qədər vəsait ayrılmalıdır? Tutaq ki, "süvarilər"in ən bahalı futbolçusu 1,5 milyon avro alır. Dediyimiz "mister X" daha üst məbləğ istəyəcək. Belədə, futbolçuların məvacibi arasındakı balans pozulacaq ki, bu da daxildə narazılığa yol açacaq. Deməli, bahalı futbolçu gətirdikdə, bütün heyətinin məvacibi artırılmalıdır. Dolayısı ilə büdcə 30-40 faiz şişməlidi. İqtisadi cəhətdən bu, bir biznesin çöküşü deməkdi. Bəli, yenə də Portuqaliyanın 2-ci divizionundan daha ucuz qiymətə kimisə kəşf etmək olar. Ancaq məşqçilər heyəti beləsini görmürsə, yalandan kimisə 250 min avroya alıb gətirib Qurban Qurbanovun yanında oturtmaq olmaz. Elə hal yaşansa, elə həmin "hərşeyşünaslar" həmin Qurbanovu top atəşinə tutar... Göründüyü kimi, kənardan asan görünən döyüşün içinə daxil olduqda tam fərqli mənzərə yaranır.

Bu paylaşımı sosial şəbəkədə avqustun 6-dan 7-nə keçən gecə etmişdim. Həmin vaxt "Qarabağ" evdə "Ludoqorets"ə 1:2 hesabı ilə məğlub olmuşdu. Yazıda qeyd etdiyim "təmsilçimizin sıralarında yer alan futbolçular ÇL qrupuna psixoloji cəhətdən hazır deyil" ifadəsinin qısa formasını hələ Bakıda Bolqarıstan çempionuna uduzduğumuz matçdan sonra sosial şəbəkədə əks etdirmişdim. Əlbəttə ki, söhbət münəccimlikdın getmir. Sadəcə, bu proqnozun arxasında on illiklərlə ölçülən təcrübə dayanır.

Yazını "facebook"-da qeyd etdiyim son iki sözlə tamamlamaq istəyirəm: təki yanılım.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Bu gün, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Bu gün, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Bu gün, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Bu gün, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Bu gün, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Bu gün, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Bu gün, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Bu gün, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Bu gün, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Bu gün, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
Dünən, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
Dünən, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
Dünən, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
Dünən, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
Dünən, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
Dünən, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
Dünən, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Boks
Dünən, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Dünən, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Dünən, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Dünən, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Dünən, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Dünən, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Oxşar xəbərlər