top
“Qarabağ”lılar heyətdə az olanda millimiz qələbə qazanır? İdman.biz
14 noyabr 2024, 14:22
- ↺ +

“Qarabağ”lılar heyətdə az olanda millimiz qələbə qazanır?

Estoniya və İsveçlə oyunlar üçün açıqlanan Azərbaycan millisinin heyətində klublardan "Qarabağ"ın hamıdan çox – yeddi oyunçusu (Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Toral Bayramov, Nəriman Axundzadə) var idisə, "Zirəli" Rüstəm Əhmədzadənin zədələnməsi səbəbindən hücumçu Musa Qurbanlının komandaya çağırılmasından sonra onların sayı 8 olub.

İdman.biz xəbər verir ki, son üç milli matçın hər birində "Qarabağ"ın beş futbolçusu meydana çıxıb. Sentyabrda millimizin İsveçə 1:3 hesabı ilə məğlub olduğu qarşılaşma ərzində isə ölkə çempionundan yeddi oyunçu çıxış edib.

Maraqlıdır ki, Azərbaycan millisinin iyunda sonuncu qələbəsini qazandığı Qazaxıstanla görüşdə (3:2) "Qarabağ"dan cəmi dörd futbolçu oynayıb - elə martda Monqolustana 1:0 hesabı ilə qalib gəldiyimiz görüşdə də eyni göstərici qeydə alınıb.

Estoniya ilə ötən ilki qarşılaşmalarda da bu mövzu ilə bağlı maraqlı məqamlar var. Belə ki, millimizin Bakıda estonlarla oyunu ərzində "Qarabağ"dan səkkiz nəfər meydanda olub və yekunda heç-heçə (1:1) qeydə alınıb. Oktyabrda səfərdəki matçda isə çempion cəmi üç futbolçu ilə təmsil olunub və nəticə Azərbaycan komandasının xeyrinə olub – 2:0.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Oxşar xəbərlər