top
Qarabağın Türkiyə Təlim-Məşq Toplanışında Qələbələri Davam Edir Idman.biz
16 yanvar 2026, 21:01
- ↺ +

"Qarabağ"ın Türkiyə Təlim-Məşq Toplanışında Qələbələri Davam Edir

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.

İdman.Biz bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşanın "Zaqlembe" komandasına qalib gəlib - 3:1.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi klubunu (5:0) üstələyib, Xorvatiyanın "Osiyek" kollektivini isə 3:1 hesabı ilə məğlub edib.

20:55

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Sumqayıt" üçüncü yoxlama görüşündə də uduzub.

İdman.Biz-in məlumatına görə, "Sumqayıt" bu dəfə Xorvatiyanın "Osiyek" kollektivinə məğlub olub - 0:2.

Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" (1:5) və Serbiyanın OFK (Berlqrad) (1:4) komandalarına uduzmuşdu.

20:29

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası üçüncü yoxlama oyununda uduzub.

İdman.Biz-in məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

Azərbaycan kollektivinin qolunu 41-ci dəqiqədə Ruan Renato vurub.

Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" komandası ilə bərabərə qalıb - 3:3. İkinci görüşündə isə Ukrayna təmsilçisi "Aleksandriya"ya 2:3 hesabı ilə məğlub olub.

19:31

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, Çinin "Çenqdu Ronqçenq" kollektivi ilə üz-üzə gələn "ağ-qaralar" 3:1 hesablı qələbə qazanıblar.

Bakı klubunun qollarını Andrey Ştoqrin (9), Bassala Sambu (29) və İqor Ribeyro (53) vurublar.

"Neftçi" daha əvvəl Misir təmsilçisi "Piramids"lə heç-heçə (1:1) edib və Qazaxıstanın "Kayrat" komandasına üç cavabsız qolla qalib gəlib.

15:46

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Zirə" futbol klubu ikinci yoxlama görüşündə məğlubiyyətlə üzləşib.

İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu dəfə Ukraynanın "Aleksandriya" kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində qollara 29-cu dəqiqədə Yeqor Boqomolski, 54-cü dəqiqədə isə Ceyhun Nuriyev imza atıb.

"Qartallar" bu gün daha bir yoxlama matçına çıxacaq. Komanda Bakı vaxtı ilə saat 18:00-da Çexiyanın "Bohemians 1905" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Zirə" toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" komandası ilə 3:3 hesablı heç-heçə edib.

13:54

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu növbəti yoxlama görüşünü də uğurla başa vurub.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşıb.

Görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində qolları 49-cu dəqiqədə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqəsində Abbas Hüseynov vurub.

"Köhlən atlar" bu gün hazırlıq prosesi çərçivəsində daha bir yoxlama matçı keçirəcək. Komanda saat 19:00-da Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki yoxlama oyununda Özbəkistanın "Neftçi" komandasını 5:0 hesabı ilə məğlub edib.

09:48

Bu gün Azərbaycanın dörd komandası yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" Çin təmsilçisi "Çenqdu Ronqçenq"lə üz-üzə gələcək.

"Ağ-qaralar" indiyədək Misirin "Piramids" klubu ilə 1:1 hesablı heç-heçə edib, Qazaxıstanın "Kayrat"ını isə 3 cavabsız qolla məğlubiyyətə uğradıb.

Türkiyənin Antalya bölgəsində toplanışda olan "Zirə" və "Qarabağ" isə bu gün iki oyuna çıxacaqlar. Paytaxt təmsilçisi Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" komandaları ilə qarşılaşacaq. Ağdam klubu isə Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyanın "Osiyek", 19:00-da isə Polşanın "Zaqlebye" kollektivinə qarşı gücünü sınayacaq.

"Zirə" ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3. Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla məğlub edib.

"Sumqayıt" Antalyada sonuncu qarşılaşmasını keçirəcək. "Gənclik şəhəri" təmsilçisi axşam saatlarında "Osiyek"lə münasibətlərə aydınlıq gətirəcək. Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandalarına uduzub - 1:5, 1:4.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Oxşar xəbərlər