top
Qarabağın tərcüməçisi: Flikə dedik ki, ola bilsin, tezliklə yenidən görüşərik - FOTO Idman.biz
24 may 2025, 16:54
- ↺ +

"Qarabağ"ın tərcüməçisi: "Flikə dedik ki, ola bilsin, tezliklə yenidən görüşərik" - FOTO

"Flikə dedik ki, ola bilsin, yaxın zamanda yenə görüşdük".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın tərcüməçisi Elvar Quliyev "Barselona"nın baş məşqçisi Hansi Fliklə təsadüfən qarşılaşmaları barədə paylaşımında yazıb.

Sosial şəbəkə hesabında Barselonaya səfərini qələmə alan klub nümayəndəsi maraqlı təsadüflə qarşılaşdıqlarını vurğulayıb: "Barselona səfərimizin ilk günündə gözlənilməz sürprizlə üzləşdik. Komandamızın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovla şəhər mərkəzində gəzişirdik. Birdən Çudo "Dsquared2" mağazası olsaydı, baş çəkərdik" dedi. GPS-lə baxdım, bizdən 800-900 metr aralıda göstərirdi. Gəldik, içəriyə girdik, görürük ki, Hansi Flik qabağımızda durub, telefonda qurdalanır. Çudo ilə bir-birimizə baxdıq, bu qədər təsadüf olar?!

Yoldaşı ilə alış-verişə gəlmişdi. Dərhal yaxınlaşmadıq. Telefonda işini bitirdirdikdən sonra dedik, "bilirik, gün ərzində sizə yaxınlaşanlar, şəkil çəkdirənlər, avtoqraf istəyənlər çox olur". Gülərək bizi qabaqlayıb "heç bir problem yoxdur, gəlin, çəkək" söylədi. Şəkil çəkdirdikdən sonra ona "ola bilsin, yaxın zamanda yenə görüşdük, bəlkə də sizə sürpriz olacaq" dedik. Təəccüblə bizə baxdı, yəgin "bunlar nə danışır?!" düşündü.

Bir az sonra mağazanı tərk etdik. Şokda idik ki, 2 milyon nəfər əhalisi olan Barselonada 1-ci gün qarşımıza necə ola bilər ki, Flik çıxsın.

İki gün sonra "Barselona"nın əsas komandasının məşqini izləyəcək , futbolçular və Flikin özüylə görüşmək imkanımız olacaqdı. Nəhayət, dünən bu, baş tutdu. Flik bizi görəndə duruxdu. Dedik, hə, bizik, o gün mağazada rastlaşmışdıq. Yaxın zamanda görüşərik demişdik. O da "hə, hə əlbəttə xatırladım, yoldaşımla idim özü də" dedi.

Qurban müəllimlə fikir mübadiləsindən sonra onunla daha bir şəkil çəkdirdik. Şəkillərdən biri mağazada, digəri isə "Barselona"nın bazasında çəkilib".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Dünən, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Oxşar xəbərlər