top
Qarabağın sabiq baş məşqçisi: Hakim haqsızlığına rəğmən, futbolçular əsl xarakter göstərdi, tarixi qələbə qazandı Idman.biz
22 yanvar 2026, 15:51
- ↺ +

"Qarabağ"ın sabiq baş məşqçisi: Hakim haqsızlığına rəğmən, futbolçular əsl xarakter göstərdi, tarixi qələbə qazandı

"Oyundan əvvəl hər birimiz qarşılaşmanın çətin keçəcəyini bilirdik. "Qarabağ"ın üzərində yük hiss olunurdu. Buna baxmayaraq, futbolçular və məşqçi heyəti komandanı toparlamağı bacardı və oyun planına uyğun şəkildə meydana çıxdılar. Hazırlıq prosesində lazımi məqamların, vacib epizodların düzgün təhlil edildiyi açıq şəkildə görünürdü".

Bu sözləri "Qarabağ"ın sabiq baş məşqçisi Elşad Əhmədov Ağdam klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Bakıda Almaniyanın "Ayntraxt" komandasına 3:2 hesabı ilə qalib gəldiyi oyunla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, matçın son 15 dəqiqəsində azarkeşlər arasında ümidsizlik hiss olunurdu:

"Ayntraxt"da məşqçi dəyişikliyi baş vermişdi və onların hansı taktika və sistemlə meydana çıxacağı önəcədən bəlli deyildi. Oyun təmsilçimizin üstünlüyü ilə başladı. Erkən qol buraxmağımıza baxmayaraq, həmin epizoddan sonra komandada yalnız qısa müddətli eniş hiss olundu", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Mütəxəssis qarşılaşmanın isveçrəli baş hakimi Sandro Şererin ədalətsiz qərarlar qəbul etdiyini bildirib:

"Hakim tərəfindən təyin olunan penalti epizodu ayrıca müzakirə mövzusudur. Açıq demək lazımdır ki, bu, olmayan bir penalti idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sual yaranır: hakim həmin penalti qərarını harada gördü, necə düşündü və hansı əsasla verdi? Təəssüf ki, "Qarabağ"a qarşı bu tip haqsız qərarlarla ilk dəfə qarşılaşmırıq. Amma bütün bunlara baxmayaraq, futbolçularımız əsl xarakter nümayiş etdirdilər. Xüsusilə oyunun son dəqiqələrində meydanda göstərilən aqressiya, istək və inam aydın görünürdü. Üstəlik, həmin epizoddan əvvəl "Qarabağ"ın futbolçusu Kamilo Durana qarşı oxşar bir vəziyyət yaşanmışdı. Əgər verilən penalti doğrudursa, onda komandamızın xeyrinə olan həmin epizod nə idi? Niyə orada penalti təyin olunmadı? Bu cür məqamlar ciddi şəkildə araşdırılmalıdır".

E. Əhmədov vurğulayıb ki, Ağdam klubunun son dörd dəqiqədə bu oyunu çevirməyə qadir olduğu hiss olunurdu:

"Komandanın üzərində real təzyiq və hücum enerjisi var idi. Bəhlul müdafiəçi olmasına baxmayaraq, öz mövqeyindən çıxaraq hücuma qoşuldu və ardınca son dəqiqələrdə qol vurdu. Bu, komandadakı əzmin ən gözəl göstəricisi oldu. Bu qələbə "Qarabağ"ın layiq olduğu nəticə idi. Açığı, uzun illərdir belə xarakter, belə geri dönüş görmürdük. Komandamıza bizlərə bu sevinci yaşatdığına görə təşəkkür edirəm".

Qeyd edək ki, bu nəticədən sonra "Qarabağ" turnir cədvəlində 10 xalla 18-ci, 4 xala malik "Ayntraxt" isə 33-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə "Liverpul"a qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Oxşar xəbərlər