top
Qarabağın Rəqiblərinin Oyunları: Avropa Çempionatlarında Həyəcan Idman.biz
04 oktyabr 2025, 14:14
- ↺ +

"Qarabağ"ın Rəqiblərinin Oyunları: Avropa Çempionatlarında Həyəcan

Avropanın aparıcı futbol çempionatlarında bu həftəsonu maraqlı qarşılaşmalar keçiriləcək.

İdman.biz xəbər verir ki, azarkeşlərin diqqəti həm də Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərinə yönələcək.

İngiltərə Premyer Liqası: "Çelsi" – "Liverpul" qarşıdurması

İngiltərə Premyer Liqasının 7-ci turunda "Çelsi" və "Liverpul" qarşılaşacaq. Hər iki komanda əvvəlki turda gözlənilmədən xal itirdiyi üçün bu oyunda itirilmiş mövqelərini bərpa etməyə çalışacaq. "Mançester Yunayted" "Olt Traford"da "Sanderlend"i qəbul edəcək. Turnir cədvəlinə 15 xalla "Liverpul" başçılıq edir.

İspaniya La Liqası: "Real" – "Vilyarreal" oyunu

İspaniyada diqqət "Real Madrid" – "Vilyarreal" qarşılaşmasına yönələcək. Derbidəki 2:5 hesablı məğlubiyyətdən sonra "Real" öz meydanında qalib gələrək uğursuzluğu unutdurmaq istəyir. Lider "Barselona" səfərdə "Sevilya" ilə, "Atletiko" isə "Selta" ilə qarşılaşacaq. "Qarabağ"ın növbəti rəqibi "Atletik" isə evdə "Malyorka" ilə oynayacaq.

İtaliya A Seriyası: "Napoli" liderliyi bərpa edə bilər

"Qarabağ"ın digər rəqibi "Napoli" "Milan"a məğlubiyyətdən sonra bu tur autsayder "Cenoa" ilə qarşılaşacaq. "Milan" isə "Yuventus" səfərinə yollanır.

Almaniya Bundesliqası: "Ayntraxt" – "Bavariya"

Almaniyada "Qarabağ"ın rəqibi "Ayntraxt" evdə "Bavariya"nı qəbul edəcək. Favoritlə oyun Frankfurt təmsilçisi üçün ciddi sınaq olacaq.

Fransa 1-ci Liqası və Türkiyə Superliqası: Liderlik uğrunda mübarizə

Fransada "PSJ" və "Lion" liderliyi bölüşür. "PSJ" səfərdə "Lill", "Lion" isə evdə "Tuluza" ilə qarşılaşacaq. Türkiyə Superliqasında isə "Qalatasaray" və "Beşiktaş" arasında növbəti İstanbul derbisi keçiriləcək.

"Qarabağ"ın Çempionlar Liqasında məğlub etdiyi komndalar da meydana çıxır

Ağdam klubunun ilk turda 3:2 hesabı ilə məğlub etdiyi "Benfika" Portuqaliya çempionatında lider "Portu" ilə qarşılaşacaq. "Kopenhagen" isə Danimarka çempionatında "Mitjyulland"la oynayacaq.

"Qarabağ" Çempionlar Liqasında iki turdan sonra maksimum 6 xal toplayaraq qrup mərhələsində liderlər sırasında qərarlaşıb.

Teymur Tuşiyev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər