top
“Qarabağ”ın rəqiblərini bu gün nə gözləyir? İdman.biz
25 sentyabr 2024, 15:45
- ↺ +

“Qarabağ”ın rəqiblərini bu gün nə gözləyir?

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki 8 rəqibindən 2-si bu gün starta çıxır. Norveç "Bodo Qlimt"i öz meydanında turnirin favoritlərindən olan Portuqaliya "Porto"sunu qəbul edəcək. İsveç "Elfsborq"u isə Niderlanda "Alkmaar"ın qonağı olacaq.

İdman.biz skandinaviyalıların ilk turdakı şanslarını dəyərləndirib.

"Bodo Qlimt" cari mövsüm Çempionlar Liqasında 2-ci və 3-cü təsnifat mərhələlərini inamla adlasa da, pley-offda "Srvena Zvezda" səddini keçə bilməyərək yolunu Avropa Liqasında davam etdirməli olub. Ötən mövsümdə isə 2-ci təsnifat mərhələsindən qoşulduğu Konfrans Liqasında 1/16 finaladək irəliləyərək, davam şansını overtaymda Niderland "Ayaks"ına təhvil vermişdi.

Daxili çempionatda komanda son turda əsas izləyicisi "Brann"dan 1:4-lük ağır məğlubiyyət alsa da, hazırda 23 turdan sonra ikinci olan eyni klubdan 7 xal üstün olaraq liderliyini davam etdirir. Ancaq bu ağır matç daxili və beynəlxalq yarışlarda rotasiyalar etməyən komandada 3 günə gücün bərpasını sual altına alır.

Matça qədər zədəlilər problemini həll edən "Bodo Qlimt" nə bu sarıdan, nə də cəzalılar baxımından elə rəqibi "Porto" kimi problem yaşamayacaq. Ümumilikdə bütün cəbhələrdə Son 14 oyunundan 10-da qalib gəlib 2-də uduzan komanda son 11 avrokubok matçında əsas vaxtda cəmi 1 dəfə məğlub olub.

Bununla belə artıq 3 mövsümdür ki, qitənin top-8 ölkələrinin təmsilçiləri üzərində qələbəsi olmayan komanda "Porto" ilə oyunda yüksək şansa malik deyil. Yalnız portuqal klubunun Avropa Liqasında son 12 səfər oyununda yalnız 1 dəfə qalib gəlib 7 dəfə uduzması norveçli azarkeşləri bir qədər ümidləndirə bilər. Bütün deyilənləri nəzərə alsaq, matçda heyətinin dəyəri 334 milyon avro olan qonaqların qalib gəlməsi və heç-heçə şanslarını bərabər dəyərləndirmək olar. Oyunçularının dəyəri rəqibindən 8 dəfə aşağı olan ev sahibinin qələbəsinə ümid isə bunların hər birindən ən azı iki dəfə az olacaq.

Niderlanda üz tutan "Elfsborq"un da şansları yüksək deyil. Ölkə çempionatında hazırda 6-cı olan və son 5 daxili matçda cəmisi 1 qələbəsi olan İsveç klubu heç də yaxşı dönəmini yaşamır. Doğrudur, komanda Avropa Liqasında bu mövsüm ilk 3 təsnifat mərhələsini çətinlik çəkmədən adlayıb və yalnız pley-offda qonşu Norveçdən "Molde"ni çətinliklə penaltilər seriyasında yolundan kənarlaşdırıb.

İsveçli azarkeşlərə ümid verən yeganə statistik göstərici komandanın 4 aydır ki, səfərdə uduzmamasıdır. Ancaq 8 oyunluq səfər məğlubiyyətsizliyi seriyasının daha ciddi rəqiblə oyunda da davam edəcəyini çox da gözləməyə dəyməz.

Heyət baxımından "Alkmaar"ın problemləri daha çoxdur. Komandanın liderləri sırada olsa da, əsas heyət oyunçularının 6-sı zədəlilər cərgəsindədir. Qonaqların yeganə problemi isə bir aya yaxındır meydandan kənar qalan dayaq yarımmüdafiəçisi Yens Tomasendir.

Bu cütlükdə də Skandinaviya təmsilçisinin qələbə şansı çox cüzidir. Ən yaxşı halda heç-heçəyə ümid edə biləcək "Elfsborq"un daha çox evə əliboş dönəcəyinə güman daha çoxdur.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər