top
Qarabağın rəqibi Şkendiya: Tarixi, uğurları və Azərbaycan klubları ilə oyunları Report.az
31 iyul 2025, 12:45
- ↺ +

"Qarabağ"ın rəqibi "Şkendiya": Tarixi, uğurları və Azərbaycan klubları ilə oyunları

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı Şimali Makedoniyanın "Şkendiya" klubunun 46 yaşı var.

"Report" xəbər verir ki, Tetovo şəhərini təmsil edən komandanın əsası 1979-cu ildə Yuqoslaviyada yaşayan albanlar tərəfindən qoyulub.

Yarandığı ilk gündən həm siyasi, həm də mədəni "yük daşıyan" klub 1980-ci illərin əvvəlində o dövrün kommunist hökumətinin təzyiqi ilə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Lakin Makedoniyanın müstəqilliyindən (1991) sonra, 1992-ci ildə klub yenidən qurularaq futbol səhnəsinə qayıdıb. "Şkendiya" 1995-ci ildə ölkənin əsas futbol liqasına vəsiqə qazanıb.

Klubun əsas rəngləri olan qırmızı və qara Albaniya bayrağını simvolizə edir. Bu səbəbdən "Şkendiya" "Kuq e Zi" (Qırmızı-Qara) ləqəbi ilə də tanınır. Komanda ev oyunlarını 15 min azarkeş tutumuna malik "Ekoloq Arena"da keçirir.

"Şkendiya" İlk böyük uğurunu 2010/2011 mövsümündə ölkə çempionu olmaqla qazanıb. Daha sonra isə Şimali Makedoniya təmsilçisi 2017/2018, 2018/2019 və 2020/2021 və 2024/2025 mövsümlərində çempionluq sevinci yaşayıb. Komanda həmçinin iki dəfə (2016 və 2018) ölkə kubokuna və bir dəfə Superkuboka (2011) sahib çıxıb. Beşqat ölkə çempionunun hesabında 4 gümüş medal da var.

"Şkendiya"nın avrokuboklarda ən böyük uğuru UEFA Avropa Liqasının 2016/17, 2017/18 və 2018/19 mövsümlərində pley-off mərhələsinə qədər irəliləməsi olub. Cari mövsümdə "Şkendiya" tarixində ilk dəfə avrokuboklardan birinin əsas mərhələsinə vəsiqəni təmin edib. Öncə Uels təmsilçisi TNS-i (0:0, 2:1, əlavə vaxtda), ardınca Rumıniyanın FCSB klubunu (1:0, 2:1) məğlub edən şimali makedoniyalılar Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" Şimali Makedoniya klubunun Azərbaycandan olan ilk rəqibi deyil. "Şkendiya" 2016-cı ildə Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni iki oyunun nəticəsinə görə (0:0, 1:0) məğlub edib. 2020-ci ildə isə UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırıblar - 2:0 (COVİD-19 ilə əlaqədar təsnifat mərhələləri bir oyundan ibarət olub).

Klub tarixinin ən yaxşı bombardiri Besart İbraimidir. Makedoniyalı hücumçu müxtəlif illərdə (2015-2021, 2024-dən bəri) "Şkendiya"nın formasında meydana çıxdığı 205 oyunda 126 qola müəlliflik edib. 38 yaşlı futbolçu 2024-cü ildə komandada 30 oyun keçirib və 15 qola imza atıb.

Qeyd edək ki, komandalar arasında ilk oyun Şimali Makedoniyada baş tutacaq. Görüş avqustun 5-də Skopyedəki Toşe Proeski adına Milli Arenada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın başlama saatı hələ dəqiqləşməyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Oxşar xəbərlər