top
Qarabağın rəqibi Ayntraxt İngiltərə Premyer Liqasından hücumçu transfer etmək istəyir Idman.biz
07 oktyabr 2025, 19:36
- ↺ +

"Qarabağ"ın rəqibi "Ayntraxt" İngiltərə Premyer Liqasından hücumçu transfer etmək istəyir

Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasındakı rəqibi olan Frankfurtun "Ayntraxt" klubu İngiltərə Premyer Liqasında çıxış edən futbolçunu heyətinə qatmağa hazırlaşır.

İdman.biz "Sky Sport"a istinadən xəbər verir ki, Almaniya klubu "Nyukasl Yunayted"in 22 yaşlı hücumçusu Uilyam Osolanın transferini yenidən gündəmə gətirib.

Frankfurt təmsilçisi yay transfer pəncərəsinin son günündə danimarkalı forvardı 5 milyon avroya icarəyə götürməyi və gələcəkdə 25 milyon avroya futbolçunun bütün hüquqlarını almaq imkanını təklif etmişdi. Lakin "Nyukasl" bu təklifi rədd edib.

İndi isə "Ayntraxt" yanvarda danışıqları bərpa etmək və hücum xəttini gücləndirmək niyyətindədir. Klubun planında Osola ilə Yonatan Burkardın tandemi əsas rol oynayacaq. Bildirilir ki, Osola artıq şəxsi müqavilənin şərtlərini Frankfurt təmsilçisi ilə razılaşdırıb.

O, 2024-cü ilin yayında "Şeffild Yunayted"dən "Nyukasl"a 11 milyon avroya transfer olunub. Cari mövsümdə bütün turnirlərdə doqquz oyuna çıxan Osola üç qol vurub - bunların ikisi Liqa Kubokunda "Bredford"a, biri isə Premyer Liqada "Liverpul"a qarşı olub.

Ötən həftəsonu "Ayntraxt" "Bavariya"ya 0:3 hesabı ilə uduzub və altı turdan sonra doqquz xalla Bundesliqada yeddinci pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması Çempionlar Liqasının qrup mərhələsinin yeddinci turu çərçivəsində 2026-cı il yanvarın 21-də Bakıda keçiriləcək.

İki turdan sonra Frankfurt klubu üç xalla turnir cədvəlində 15-ci yerdədir. "Ayntraxt" ilk turda evdə "Qalatasaray"ı 5:1 hesabı ilə məğlub edib, ikinci turda isə "Atletiko Madrid"ə eyni hesabla uduzub.

"Qarabağ" isə iki oyundan maksimum nəticə ilə altı xal toplayaraq altıncı sıradadır. Ağdam təmsilçisi startda səfərdə "Benfika"ya 2:3 hesabı ilə qalib gəlib, ardınca Bakıda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.

Teymur Tuşiyev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər