Fransanın "Nitsa" klubu rəsmi saytında hücumçu Elli Vainin Almaniyanın "Ayntraxt Frankfurt" komandasından mövsümün sonuna qədər icarəyə götürüldüyünü açıqlayıb.
İdman.Biz bildirir ki, "Ayntraxt Frankfurt" UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbəti turunda yanvarın 21-də Bakıda "Qarabağ"la qarşılaşacaq.
"Fransanın gənclərdən ibarət millisinin bu futbolçusu "qartallar"ın hücum potensialını gücləndirəcək. Sürətli, güclü və qol vurmaqda əla gözü olan Elli Vai artıq Liqa 1-də öz nəslinin ən istedadlı hücumçularından biri olduğunu sübut edib.
Çox gənc yaşlarında böyüklər komandasında debüt edən "Monpelye"nin gənclər akademiyasının yetirməsi olan Elli Vai daim yüksək səviyyəli oyun nümayiş etdirir və müdafiəçilərin arxasında qaçışlar etmək bacarığı və dəqiq sonluqları ilə tanınır", - klubun açlqlamasında deyilir.