top
“Qarabağ”ın rəqibi avrokuboklarda - 157-109 İdman.biz
06 noyabr 2024, 11:30
- ↺ +

“Qarabağ”ın rəqibi avrokuboklarda - 157-109

Noyabrın 7-də Avropa Liqasında öz meydanında "Qarabağ"ı qəbul edəcək "Bodo Qlimt" 85-ci avrokubok matçına çıxacaq.

İdman.biz xəbər verir ki, ağdamlıların Liqa mərhələsində 4-cü rəqibi buna qədər 41 görüşdə qalib gəlib, 15 dəfə heç-heçə edib, 28 dəfə məğlub olub. Top fərqində də komanda üstün durumdadır -157-109.

Avropa Liqası çərçivəsində Norveç klubu 13-cü oyununu keçirəcək. Qələbə və məğlubiyyətlərinin sayı bərabər olan komanda 2 dəfə heç-heçə edib. Top fərqi 21-18-dir.

Çempionlar Liqasında komanda 2 dəfə 4-cü təsnifat mərhələsinə çıxsa da, Zaqreb "Dinamo"su (2022/23) və "Srvena Zvezda" (2024/25) ilə duellərdə ev qələbəsinin ardından səfərdə daha böyük hesabla uduzaraq yolunu Avropa Liqasına salıb. Baş qitə turnirində komandanın 2 il öncə "Linfild" üzərində 8:0-lıq qələbəsi də var.

Elə həmin mövsümdə Avropa Liqasında qrup mərhələsində çıxış edən "Bodo Qlimt" 6 oyunda 1 qələbə və 1 heç-heçə ilə kifayətlənib.

Qitə turnirlərində komandanın ən böyük irəliləyişi 2021/22-ci illər mövsümündə Konfrans Liqasının 1/4 finalı olub. Həmin vaxt Norveç təmsilçisi "Roma" ilə ev oyununda 2:1-lik qələbə ilə yarımfinala ümidlənsə də, səfərdə rəqibdən 4 cavabsız qol buraxaraq arzularına çata bilməyib.

Ötən qitə mövsümünə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayan "Bodo Qlimt", bütün təsnifat mərhələlərini, daha sonra isə "Luqano", "Beşiktaş" və "Brügge"nin olduğu qrupu adlayaraq, 1/16 finalda "Ayaks"a 2 heç-heçənin ardından evdəki oyunda overtaymda uduzub.

Cari mövsümdə Çempionlar Liqasında 2-ci təsnifat mərhələsində Latviya RFŞ-sinə (4:0, 3:1), ardından isə Polşa "Yaqelloniya"sına (1:0, 4:1) hər iki görüşdə qalib gələn Norveç klubu, pley-offda, qeyd etdiyimiz kimi, Serbiya "Srvena Zvezda"sının öhdəsindən gələ bilməyib (2:1, 0:2). Nəticədə yolunu Avropa Liqasının Liqa mərhələsinə salan "Bodo Qlimt" burada Portuqaliyanın 2 klubunu - "Portu"nu evdə (3:2), "Braqa"nı isə səfərdə (2:1) üstələyərək, bu arada Belçika səfərində də "Union"la qolsuz matçdan 1 xalla ayrılıb. Nəticədə komanda 7 xalla 9-cu pillədə qərarlaşıb.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:19

Şahrudin Məhəmmədalyev "Qarabağ"da 100-cü Premyer Liqa matçını keçirib

Voleybol
Bu gün, 15:13

"Turan" Azərbaycan komandası qrup mərhələsinə vəsiqə qazanmaq üçün hazırlaşıyor

Futbol
Bu gün, 15:05

Hossam Həsən Misir Milli Komandasından çıxarılıb, Əli Maher yeni baş məşqçi təyin edildi

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Oxşar xəbərlər