top
“Qarabağ”ın qol “oruc”u: Qurban Qurbanovla antirekord - TƏHLİL İdman.biz
29 sentyabr 2024, 11:27
- ↺ +

“Qarabağ”ın qol “oruc”u: Qurban Qurbanovla antirekord - TƏHLİL

"Qarabağ" uğursuz seriya ilə üzləşib.

İdman.biz xəbər verir ki, Ağdam klubu ardıcıl üç avrokubok görüşündə qol vurmayıb.

Öncə "yağış"

Bu seriya Çempionlar Liqasının "Lüdoqorets"lə Bolqarıstandakı matçından sonra başlayıb. "Qarabağ" səfərdə 7:2 hesablı darmadağına imza atıb. Həmin yeddi qol təmsilçimizin avrokubokdakı son topları kimi qalmaqdadır. Çempionumuz Yassin Benzianın 118-ci dəqiqədə imza atdığı qoldan sonra sanki tilsimə düşüb. Avqustun 13-dəki matçdan sonra artıq 45 gündür və ya 272 dəqiqədir ki, "Qarabağ" rəqib qapısına yol tapa bilmir.

Sonra "oruc"

Daim hücum futbolu və qolları ilə azarkeşlərimizi sevindirən "Qarabağ"ın hətta bir oyunda fərqlənə bilməməsi gözlənilməz, bəzən inanılmaz təsiri bağışlayır. Qurban Qurbanovun komandası Çempionlar Liqasının Zaqrebdəki pley-offunda "Dinamo"ya qol vura bilməyəndə (0:3) hamı cavab görüşündə ən azı bir neçə top gözləyirdi. Amma Xorvatiya çempionu Bakıda da "alınmaz qala" qurdu. Avropa Liqasının Liqa mərhələsinin startı qollu olmalı idi. Hər halda "Tottenhem"in 80 dəqiqədən çox azlıqda qalması, saysız-hesabsız qol imkanları və üstəlik penalti buna əsas verirdi. Amma "Dinamo" kimi londonlular da qapısını toxunulmaz saxladı. Bununla da qol "orucu"nun qırılması oktyabrın 3-dək təxirə düşdü. Həmin gün çempionumuz Bakıda "Malmö"nü qəbul edəcək.

6 ildən sonra

Avrokubokda 3 matç qol vurmamasını "Qarabağ"ın özü üçün qeyri-adi durum hesab etmək olar. Sonuncu belə hadisə 6 il əvvəl yaşanıb. Ağdamlılar Avropa Liqasının qrupunda "Sportinq"ə 2, "Arsenal"a 3, "Vorskla"ya üç cavabsız qolla uduzub. Ukrayna klubu ilə matçdan Zaqreb səfərinə qədər olan müddətdə 79 oyuna çıxan "Qarabağ" yalnız 17 dəfə qola həsrət qalıb. Bu müddətdə təmsilçimiz ümumilikdə 126 dəfə rəqib qapısına yol tapıb.

Qurbanovla antirekord təkrarlandı

Qurban Qurbanovun baş məşqçi karyerasında avrokuboklarda bundan uzun qolsuzluq yaşanmayıb. 2018-ci və 2024-cü illərdəki 3 matçlıq seriya mütəxəssis üçün antirekord sayılır. Ağdam təmsilçisi 2008-ci ildən komandanı çalışdıran Qurbanovla 169 avrokubok görüşünə çıxıb. Cəmi 48 dəfə meydandan qol vurmadan ayrılan təmsilçimiz 217 dəfə fərqlənib.

20 il əvvəl bitən seriya

Qurbanova qədər isə "Qarabağ"ın daha uzun qolsuzluqları yaşanıb. 1999-2004-cü illərdə ardıcıl 5 görüşdə qapıya yol tapmayan Ağdam klubunun antirekordundan 20 il ötür. Bu seriyanın təkrarlanmaması üçün qarşıdakı iki matçda qol vurulmalıdır. 1997-98-ci illərdə də uğursuz seriya yaşanıb. Həmin vaxt 4 matçlıq qol "oruc"u qeydə alınıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər