top
“Qarabağ”ın növbəti rəqibi nələrdə ən zəifdir? İdman.biz
01 dekabr 2024, 09:50
- ↺ +

“Qarabağ”ın növbəti rəqibi nələrdə ən zəifdir?

Avropa Liqasında lider "Latsio"nun autsayderlərdən "Lüdoqorets"lə evdə qolsuz heç-heçəsindən sonra 5-ci turdan etibarən artıq xal itirməyən komanda qalmayıb.

İdman.biz xəbər verir ki, ən çox xal (13) və qələbə (4) indi Roma təmsilçisi ilə yanaşı, "Atletik" və "Ayntraxt"dadır. 4 komandanın qələbə üzü görmədiyi turnirdə Kiyev "Dinamo"su xala həsrət yeganə komandadır.

Məhsuldarlıqda 13 qollu "Ayaks" və "Qalatasaray"ın izinə "Qarabağ"ın qapısına vurduğu 4 qol sayəsində qollarını 12-yə çatdıran "Lion" "Reyncers"lə bərabər düşüb. "Lüdoqorets" və Kiyev "Dinamo"su cəmi 1 qolla hücumda ən kəsərsiz komandadırlar.

Ən çox top buraxan komanda, təəssüf ki, "Qarabağ"dır (13). "Latsio" və "Atletik"in qapısına rəqiblər cəmi 2 dəfə yol tapıblar.

Qapıya zərbələrdə "Qalatasaray" (112) və "Mançester Yunayted" (95) ön sıradadırlar. Ağdamlıların qapısına 16 zərbə endirmiş lionlular (89) 3-cü nəticəyə sahibdirlər. Ən az zərbə "Qarabağ"ın növbəti rəqibi "Elfsborq"dadır - 35.

Qapı çərçivəsinə ən çox top göndərən "Qalatasaray" (40) və "Lion"dur (37). "Lüdoqorets"in isə 5 oyunda cəmi 7 zərbəsi çərçivəyə yönəlib. Ən çox zərbə endirən "Qalatasaray" hədəfdən yayınmaqda da (44) fərqlənib.

"Mançester Yunayted"in 35, "Qalatasaray" və "Lion"un 28 zərbəsi bloka alınıb.

Topa sahibolmanın liderləri "Roma " (60%) və "Qalatasaray"dır (59,2%). "Qarabağ"ın növbəti rəqibi "Elfsborq" bu sahədə də autsayderdir – 36,8%.

Ötürmələrin dəqiqliyində "Mançester Yunayted" (86,8%) və "Anderlext" (86,4%) futbolçuları sərrastlıqları ilə seçilirlər. Burada da son pillə "Elfsborq"dadır (72%).

Ötürmə sayında lider "Roma"nı (3019) "Qalatasaray" (2842) izləyir. "Elfsborq"da bu rəqəmin iki dəfə az olması (1507) sonunculuğa səbəb olub. Dəqiq ötürmələrdə "Qalatasaray" (2375) lider "Roma" (2596) ilə öz arasına "Mançester Yunayted"i (2415) buraxıb. "Elfsborq" (1085) ötürmələri ən az ünvana çatdıran komandadır.

Sərbəst zərbələri daha çox "Lüdoqorets" (87) yerinə yetirib. "Qarabağ" (80) bu sahədə 7-ci göstəriciyə malikdir. "Ayntraxt" (44) "Elfsborq"a (46) bu göstəricidə sonuncu olmağa imkan verməyib.

Ən çox hücum edən "Slaviya"nı (245) iki fransız klubu – "Nitsa" (210) və "Lion" (207) izləyir. "Qarabağ" (181) 9-cu göstəriciyə malikdir. "Lüdoqorets" cəmi 100, "Elfsborq" 104 dəfə hücuma çıxıb.

Künc zərbələrində "Hoffenhaym" (35) ön sıradadır. Ən aşağı göstərici "Viktoriya" (9) və "Elfsborq"dadır (10).

"Olimpiakos" və "Roma"nın futbolçuları 20 dəfə ofsayda düşüblər. Ən diqqətli cəmi 2 dəfə bu halla üzləşən "Atletik"dir.

Topalmada "Fənərbağça" (95) fəaldır. "Anderlext"də (46) isə bu iş yaxşı alınmır.

"Beşiktaş"ın (27) öndə olduğu qapıçı seyvlərində "Qarabağ" (23) 4-cü pillədədir. "Slaviya" və "Braqa" (10) qolkiperləri ən zəif xilaskarlardır.

Qayda pozuntusuna daha çox yol verən komanda "Ayaks"dır (84). "Nitsa" (41) ən səliqəlidir. Follara ən çox məruz qalan isə "Fənərbaxça"dır (80). "Viktoruiya"ya qarşı qaydalar 38 dəfə pozulub.

"Fənərbaxça" futbolçuları 25 dəfə sarı vərəqə görüblər. "Midtyulland"a 4 dəfə xəbərdarlıq edilib. Tel-Əviv "Makkabi"si 3 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Oxşar xəbərlər