Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Bodo Qlimt"lə qarşılaşacaq.
İlk üç oyunda uduzan Qurban Qurbanovun yetirmələri ilk xallarını Norveçdə qazanmağa çalışacaqlar.
Görüş "Aspmyra" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, "Qarabağ" səfərdə "Tottenhem"ə 0:3, evdə "Malmö"yə 1:2, "Ayaks"a 0:3 hesabı ilə uduzub. Təmsilçimiz növbəti oyununu noyabrın 28-də Bakıda "Lion"a qarşı keçirəcək.
Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
21:45. "Bodo Qlimt" - "Qarabağ"
Baş hakim: Luis Qodinyo (Portuqaliya)
"Bodo Qlimt": 12. Nikita Haikin, 20. Fredrik Syovold, 2. Villads Nielsen, 4. Odin Byortuft, 15. Fredrik Andre Byorkan, 26. Hakon Evyen, 7. Patrik Berq (k), 14. Ulrik Saltnes, 77. Filip Zinkernagel, 94. Au1ust Mikkelsen, 23. Yens Petter Hauqe
Baş məşqçi: Kyetil Knutsen
"Qarabağ": 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Emmanuel Adday, 23. Aleksey Kaşuk, 18. Juninyo Olavio
Baş məşqçi: Qurban Qurbanov
"Aspmyra" stadionu
İdman.biz