top
Qarabağın Napoliyə məğlubiyyəti: Səhvlər, Maradona sindromu və taktiki nüanslar - İDMAN.BİZ-in TƏHLİLİ Idman.biz
26 noyabr 2025, 10:45
- ↺ +

"Qarabağ"ın "Napoli"yə məğlubiyyəti: Səhvlər, Maradona sindromu və taktiki nüanslar - İDMAN.BİZ-in TƏHLİLİ

"Qarabağ" Neapolda döyüşkən əhval-ruhiyyə nümayiş etdirdi, lakin bu, A Seriyasının liderlərindən xal almaq üçün kifayət etmədi.

İdman.Biz-in məlumatına görə, "Napoli" ilə matçda qarşılaşmanın taleyini böyük ölçüdə öz futbolçularımızın topa uğursuz toxunuşları həll etdi. Bu səhvlər qola çevrildi - 0:2.

Ağdam təmsilçisi Çempionlar Liqasında ikinci məğlubiyyətini aldı və bundan sonra pley-off iştirakçıları arasında yerini qorumaq uğrunda mübarizə xeyli çətinləşdi.

Neapola səfər futbol romantikası atmosferi yaradırdı. Çünki bu şəhərin simvolu olan Dieqo Maradonanı təkcə oyun üçün deyil, ümumən idman üçün xarakterik çərçivələrdən kənara çıxan bir irs təmsil edir. Stadion onun adını daşıyır, o, azarkeş nəsilləri arasında birləşdirici halqaya çevrilib, argentinalının adi vətəndaşların həyatına təsirini isə rejissor Paolo Sorrentino "Tanrının əli" filmində çox incə şəkildə çatdırıb. Bu baxımdan Neapola səfər hər bir komanda üçün adi hadisə deyil, xüsusilə də söhbət Çempionlar Liqasından gedirsə.

Ona görə də "Qarabağ" oyundan əvvəl psixoloji təzyiq altına düşmüşdü. Çünki Azərbaycan çempionu Maradona irsini müqəddəs sayan bir klubla qarşılaşmalı idi. Üstəlik, matç argentinalı əfsanənin ölümünün ildönümünə təsadüf edirdi ki, bu da təbii olaraq görüşün ümumi fonuna təsir göstərmişdi. Meydan sahiblərinin baş məşqçisi Antonio Konte də oyundan əvvəl bu barədə danışaraq, qələbəni Dieqoya həsr etmək niyyətində olduqlarını bildirmişdi.

Matçın ab-havasından kənara çıxsaq, ağdamlılar kifayət qədər keyfiyyətli futbol sərgilədilər. İlk dəqiqələrdən öz üslublarında oynamaq niyyətində olduqlarını göstərdilər və rəqibə uyğunlaşmaq fikrində olmadıqlarını aydın bildirdilər. Doğrudur, hücumda işlər qaydasında deyildi, epizodlar çətinliklə yaranırdı. Lakin İtaliya komandalarının güclü müdafiə xətti nəzərə alınanda bunu başa düşmək olar. "Napoli" də yaxşı təşkilatlanmış "Qarabağ" müdafiəsinə qarşı çətinlik çəkdi və uzun müddət fəallığını real qol vəziyyətlərinə çevirmədi.

Qapıçı Mateuş Koxalski də əla təsir bağışladı. Bir epizodda Neresin tərs ayaqla vurduğu güclü zərbəni qaytardı, fasilədən sonra isə Rasmus Hoylunnun penalti zərbəsini dəf etdi. Matçdan sonra Konte polşalı qapıçının seyv­lərini inanılmaz adlandırdı.

Kevin Medina topun üzünə dəyməsi nəticəsində nokauta düşməsəydi, oyunun necə davam edəcəyini demək çətindir. Məcburi əvəzləmə müdafiə xəttinin ritmini pozdu və bundan neapollular dərhal yararlandılar. Səhnəyə Skott Maktominay çıxdı. Koxalski Bəhlul Mustafazadənin topa toxunuşunu çətinliklə qaytardıqdan sonra ingiltərəli futbolçu qarışıqlıqdan istifadə etdi. Yeddi dəqiqə sonra isə Maktominayın zərbəsi Marko Yankoviçə dəyib avtoqola çevrildi.

0:2 hesablı məğlubiyyət müəyyən bir məyusluq yaradır. Amma belə klubların - "Napoli" kimi komandaların - üstünlüyü məhz taktiki nüansları və epizodları dəyərləndirməsindədir. Qurban Qurbanov da bunu qeyd edərək bildirdi ki, Medina əvəzləndikdən və müdafiə xətti yenidən qurulduqdan sonra komanda 8-10 dəqiqəlik oyunun ritmini itirdi.

"Məcburi əvəzləməyə qədər bir sistemlə oynayırdıq, lakin dəyişiklikdən sonra bir müddət anlaşma pozuldu, üstəlik, rəqib dörd müdafiəçi ilə oynamağa keçdi. Elə həmin vaxt görüşün taleyi həll olundu. Buraxdığımız qollar, əlbəttə, sadə idi. Buna görə futbolçulara irad bildirmək olmaz" - "Qarabağ"ın baş məşqçisi fikrini yekunlaşdırıb.

Çempionlar Liqasının tam başa çatmamış V turundan sonra ağdamlılar 7 xalla 16-cı pillədə qərarlaşıb və daha yaxşı top fərqinə görə "Napoli"ni qabaqlayırlar. "Köhlən atlar"ın növbəti avrokubok oyununu 10 dekabrda Amsterdam "Ayaks"ına qarşı keçirəcəklər.

Zəki Fəyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Qarabağ FK
Bu gün, 10:55

U-15 dünya çempionatında Azərbaycan klublarının skautlarının seçmə fəaliyyəti

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Oxşar xəbərlər