top
Qarabağın Liverpula məğlubiyyəti və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəsi Idman.biz
29 yanvar 2026, 01:55
- ↺ +

"Qarabağ"ın "Liverpul"a məğlubiyyəti və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəsi

"Liverpul" - "Qarabağ"la oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, matç İngiltərə klubunun xeyrinə qurtarıb - 6:0.

Bu məğlubiyyətə baxmayaraq, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış etməyə imkan verən 24 komanda sırasına adını yazdırıb. 22-ci yerdə olan Ağdam klubunun pley-offdakı rəqibi yanvarın 30-da keçiriləcək püşkatmadan sonra bilinəcək.

01:49

"Liverpul" "Qarabağ"la oyunda hesab arasındakı fərqi yenidən artırıb.

İdman.Biz xəbər verir ki, 90-cı dəqiqədə Federiko Kyeza fərqlənib - 6:0.

01:22

"Liverpul" "Qarabağ"la oyunda hesab arasındakı fərqi yenidən artırıb.

İdman.Biz xəbər verir ki, 61-ci dəqiqədə Aleksis Makallister oyunda ikinci dəfə fərqlənib - 5:0.

01:17

"Liverpul" "Qarabağ"la oyunda hesab arasındakı fərqi artırıb.

İdman.Biz xəbər verir ki, 57-ci dəqiqədə Uqo Ekitike dördüncü topu Ağdam klubunun qapısından keçirib - 4:0

01:10

"Liverpul" – "Qarabağ" oyununda hesab yenə dəyişib.

İdman.Biz xəbər verir ki, 50-ci dəqiqədə Məhəmməd Salah üçüncü topu Ağdam klubunun qapısından keçirib - 3:0.

01:05

"Liverpul" – "Qarabağ" oyununda ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, ilk yarıdan sonra hesab London klubunun xeyrinədir - 2:0.

00:48

"Liverpul" – "Qarabağ" oyununda birinci hissə bitib.

İdman.Biz xəbər verir ki, ilk yarıdan sonra hesab İngiltərə klubunun xeyrinədir - 2:0.

00:22

"Liverpul" – "Qarabağ" oyununda hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 21-ci dəqiqədə Florian Virts İngiltərə klubunun üstünlüyünü artırıb - 2:0.

00:16

"Liverpul" – "Qarabağ" oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, 15-ci dəqiqədə Aleksis Makallister İngiltərə klubunun heyətində fərqlənib - 1:0.

00:05

"Liverpul" – "Qarabağ" oyununun 2-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Ceremi Frimponq zədələnərək meydançanı tərk edib. Onu Vataru Endo əzvəzləyib.

00:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində "Liverpul" - "Qarabağ" oyunu start götürüb.

İdman.Biz bildirir ki, qarşılaşma əfsanəvi "Enfild Roud" stadionunda keçirilir.

23:07

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda üz-üzə gələcək İngiltərənin "Liverpul" və Azərbaycanın "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

İdman.Biz-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Liverpul": Alisson Bekker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

09:08

Bu gün "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda İngiltərənin "Liverpul" klubu ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, görüş "Enfild Roud" stadionunda, Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

Oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.

Qeyd edək ki, Mersisayd təmsilçisi hazırda 15 xalla dördüncü pillədə qərarlaşıb. "Qarabağ" 10 xalla 18-ci sıradadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər