"Qarabağ" klubunun keçmiş futbolçusu Juninyonun karyerasını Meksikada davam etdirəcəyi ilə bağlı məlumat vermişdik.
İdman.Biz xəbər verir ki, braziliyalı hücumçu yeni komandası olan "Pumas"da ilk məşqlərə qatılıb.
Komanda yoldaşlarının onu sevinclə qarşıladığı görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Juninyo Vieyra peşəkar karyerasına 2015-ci ildə başlayıb və indiyədək 10 klubda çıxış edib. Braziliyalı futbolçu "Qarabağ"ın heyətində çıxış edərkən həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda göstərdiyi performansla diqqət çəkmişdi.