Sabah "Qarabağ" UEFA Çempionlar Liqasının III turunda səfərdə İspaniya təmsilçisi "Atletik"lə qarşılaşacaq.
İdman.Biz Komanda.az-a istinadla xəbər verir ki, matçdan əvvəl Bilbao şəhərində "Qarabağ"la bağlı təxribat xarakterli müxtəlif yazılar və simvollar diqqət çəkib.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.