"Qarabağ"ın futbolçusu Yassin Benzianın karyerasını hansı klubda davam etdirəcəyi dəqiqləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi Tunis təmsilçisi "Esperance" ilə anlaşıb.
Tərəflər artıq müqavilə bağlamaq ərəfəsindədirlər.
Əlcəzairli oyunçu baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçında sonuncu dəfə Ağdam təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki,Benzia 2023-cü ildən "Qarabağ"da çıxış edir. Onun Azərbaycan çempionu ilə müqaviləsi yayda başa çatır.