"Qarabağ"ın futbolçusu Kamilo Duran karyerasını növbəti dəfə Portuqaliyada davam etdirə bilər.
İdmanBiz Sport24.az-a istinadən xəbər verir ki, bu ölkənin yüksək dəstəsində çıxış edən "Estrela" sabiq vingeri ilə maraqlanır.
Klub 23 yaşlı kolumbiyalı oyunçunu yaxından izləyir və qarşıdakı transfer dönəmlərindən birində oyunçunun mümkün keçidi ilə bağlı Azərbaycan çempionu ilə əlaqə saxlamaq niyyətindədir.
Qeyd edək ki, Kamilo Duran 2023-cü ildə "Estrela"nın U-23 komandasında çıxış edib. O, avqustda "Qarabağ"la üçillik müqavilə imzalayıb.