top
Qarabağın futbolçusu: Cari mövsüm müəyyən qədər səhlənkarlığa yol verdiyimizin fərqindəyik - MÜSAHİBƏ Report.az
02 aprel 2025, 11:45
- ↺ +

"Qarabağ"ın futbolçusu: "Cari mövsüm müəyyən qədər səhlənkarlığa yol verdiyimizin fərqindəyik" - MÜSAHİBƏ

"Qarabağ"ın braziliyalı futbolçusu Leandro Andrade "Report"a müsahibə verib. Yarımmüdafiəçi Misli Premyer Liqasında "Turan Tovuz" üzərində qazanılan qələbə və Azərbaycan Kubokunun yarımfinalında qarşılaşacaqları "Araz-Naxçıvan" ilə görüşlər barədə danışıb. O, Ağdam təmsilçisinin əvvəlki illərə nisbətən cari mövsüm sabit çıxış etmədiyini bildirib.

- Premyer Liqanın XXVIII turunda səfərdə "Turan Tovuz"a 4:1 hesabı ilə qalib gəldiniz. Oyun barədə nə deyə bilərsiniz?

- Biz komanda olaraq hər görüşə qələbə əzmi ilə çıxırıq. Çalışırıq ki, hər matçda baş məşqçi Qurban Qurbanovun tapşırıqlarını dəqiq yerinə yetirək və rəqibə qalib gələk. Təbii ki, bu, bəzən alınır, bəzən yox. "Turan Tovuz"la görüşlər hər zaman çətin keçir. Rəqib güclü komandadı. Onların heyətində aqressiv və keyfiyyətli futbolçular yer alıb. Üstəlik, süni örtüklü meydanda onlara qarşı çıxış etmək çox çətindir.

- Cari mövsüm "Turan Tovuz"a qarşı keçirilən ilk 3 matçda qələbə qazana bilməmişdiniz. Bu qarşılaşmaya xüsusi hazırlaşmışdınız?

- "Turan Tovuz" elə komandadır ki, ani səhvi bağışlamır. Meydanda hansısa yanlışlığa yol versən, onlar səni dərhal cəzalandıracaqlar. Ümumilikdə rəqiblərə qarşı onların oyun üslublarına uyğun hazırlaşırıq. Əlimizdən gələn hər şeyi etdik ki, həmin matçda az səhvə yol verək. Məncə, bunu bacardıq və meydandan qələbə ilə ayrıldıq.

- Bundan öncəki turda Tovuz şəhər stadionunda "Kəpəz"lə qarşılaşdınız (0:0) və həmin matçdan sonra Qurban Qurbanov süni örtüyün yaxşı suvarılmadığını bildirərək, meydanda futbol oynamağın çətin olduğunu söyləmişdi. Bu dəfə vəziyyət necə idi?

- Açığı, meydanın durumunda elə bir fərq görmədim. Sadəcə, "Kəpəz"lə görüş günorta saatlarında baş tutmuşdu. Süni örtük suvarılsa da, Günəş oranı tez qurudurdu. Bu dəfə matç axşam vaxtı keçirildi, çox az fərq hiss olundu. Baxmayaraq ki, şərtlər hər iki komanda üçün eyni idi. Lakin Tovuzda meydana çıxmaq çox xoşuma gəlir. Orada əsl futbol ab-havasını hiss etmək olur. Azarkeşlər qarşılaşmanı daha maraqlı məcraya gətirirlər. Təəssüf ki, meydanın örtüyü sünidir.

- "Qarabağ" turnir cədvəlində ilk pillədə yer alsa da, əvvəlki illərə nisbətən rəqiblərinə asanlıqla qalib gələ bilmir. Bunun səbəbi nə ilə bağlıdır?

- Belə vəziyyətin yaranmasının səbəbkarı biz futbolçularıq. Bəzi matçlarda daha yaxşı çıxış edə bilsək də, zəif təsir bağışladıq. Əvvəlki illərə nisbətən bu mövsüm müəyyən qədər səhlənkarlığa yol verdiyimizin fərqindəyik. Lakin tək səbəb bu deyil. Artıq Premyer Liqada çıxış edən digər komandaların da gücü artmaqdadır. Onlar da öz üzərilərində işləyirlər. Azərbaycan çempionatında normal rəqabətin olduğunu söyləyə bilərik.

- Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Bu görüşdən və ümumilikdə ölkə kubokundan gözləntiləriniz nədir?

- Az əvvəl də qeyd etdiyim kimi, hər oyuna qələbə üçün çıxırıq. "Araz-Naxçıvan"a qalib gələrək finala yüksəlmək üçün önəmli addım atmağı düşünürük. Çıxış etdiyimiz yarışları qızıl medallarla bitirməyi hədəfləyirik. Həm Premyer Liqanın, həm də Azərbaycan Kubokunun qalibi olmaq istəyirik.

- Qış "transfer pəncərəsi"ndə komanda yoldaşınız Juninyo Braziliya təmsilçisi "Flamenqo"dan transfer təklifi aldı və bunu müsbət dəyərləndirdi. Cari mövsümün sonunda sizə də ölkənizdən dəvət gəlsə, qəbul edərsiniz?

- Mən elə futbolçulardan deyiləm ki, səhər yuxudan oyanım və daha güclü klublardan təklif ala bilmək üçün xüsusi məşqlər edim. Təklif gəlirsə, deməli, futbolçu olaraq oyunum qarşı tərəfin diqqətini cəlb edib və artıq inkişafdayam. Mən bu günlə yaşayan insanam. Sabah hansısa klublardan təkliflər gələ bilər. Yəqin ki, bu barədə həmin vaxt fikirləşərəm. Amma dediyim kimi, bu məsələlər ağlımı başımdan alacaq qədər məni düşündürmür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Oxşar xəbərlər