top
Qarabağın ÇL Liqa mərhələsinə vəsiqəsi 11 Azərbaycan klubuna maddi dəstək qazandırır Idman.biz
28 avqust 2025, 19:10
- ↺ +

"Qarabağ"ın ÇL Liqa mərhələsinə vəsiqəsi 11 Azərbaycan klubuna maddi dəstək qazandırır

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından fayda götürən təkcə Ağdam klubu özü olmayacaq.

İdman.biz QOL.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədi ilə maddi yardım ayıracaq.

Konkret Azərbaycana gəlincə, Misli Premyer Liqasında yarışan 12 klubdan 11-nin ("Qarabağ" istisna olmaqla) hər birinə ümumən 800 min avronun ödəniləcəyi gözlənilir. Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat). Lakin bu məbləğ son olmaya da bilər.

Məsələ burasındadır ki, "Qarabağ" ÇL-in əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.

Ağdam klubunun özünə gəlincə, "Qarabağ" təkcə ÇL-in Liqa mərhələsinə düşdüyünə görə, 18 milyon 620 min avronu artıq təmin edib. UEFA tərəfindən təsnifat mərhələsində iştiraka görə əlavə bonusların ödəniləcəyi də gözlənilir. Liqa mərhələsində isə bir qələbəyə görə 2 milyon 100 min, heç-heçə üçün isə 700 min avro mükafat nəzərdə tutulub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Oxşar xəbərlər