"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İngiltərənin "Çelsi" klubunun futbolçusu Dario Essuqo əməliyyat olunub.
"Report" xəbər verir k, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu Portuqaliyanın U-21 yığmasının heyətində zədə alıb.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.
"Qarabağ" klubu "Çelsi" klubu Futbol UEFA Çempionlar Liqası