İspaniya La Liqasında "Atletik Bilbao" "Malyorka"nı qəbul edib.
İdman.biz bildirir ki, Bilbaoda keçirilən qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin qollarını 9-cu və 82-ci dəqiqələrdə İnyaki Uilyamsla Alehandro Reqo vurublar. Qonaqların heyətində 77-ci dəqiqədə Samu Koşta fərqlənib.
"Atletik" UEFA Çempionlar Liqasında "Qarabağ" klubunun rəqibidir. Komandalar arasında oyun oktyabrın 22-də Bilbaoda keçiriləcək.