top
“Qarabağ”ın cəzalandırılan baş məşqçisi aşağı liqa hakimlərinin nəzarətə götürməsini istəyir İdman.biz
19 noyabr 2024, 16:54
- ↺ +

“Qarabağ”ın cəzalandırılan baş məşqçisi aşağı liqa hakimlərinin nəzarətə götürməsini istəyir

"AFFA-nın aşağı liqa hakimlərini ciddi nəzarətə götürməsini istərdim".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın 15 yaşadək oğlanlardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev "Turan Tovuz"la matçda baş verənlər səbəbindən 5 oyunluq cəzalandırılması barədə danışarkən deyib.

Mütəxəssis AFFA-nın aşağı liqalardakı hakimləri nəzarətə götürməsinin vacibliyini vurğulayıb:

"Uşaq liqalarında hakimlik bərbad vəziyyətdədir. Federasiya tərəfindən nəzarət yoxdur. Bəlkə də hakimlərin əksəriyyəti karyerasına bu oyunlarda başlayır, təcrübələri yoxdur. Tovuzda hakimin danışığına görə çox əsəbiləşmişdim. Futbolçularımızın üzərinə qışqırırdı, onlara sərt reaksiya verirdi. Başa salmaq istəyirdim ki, futbolçularımın üzərinə qışqıra bilməzsən. Bundan sonra ara qarışdı, söz davası oldu. AFFA-nın aşağı liqa hakimlərini ciddi nəzarətə götürməsini istərdim. Hakim-inspektor olmadığı üçün oyunlarda çox problemlər yaşanır".

O, komanda yoldaşını təhqir etdiyi üçün cəzlandırılan futbolçusunun hərəkəti haqqında da fikirlərini söyləyib:

"Futbolçumuz heç kimi təhqir etməmişdi. Sadəcə, komanda yoldaşını bir qədər yüksək səslə çağırdığı üçün hakim onun sözlərini təhqir kimi qəbul edib. Məni qırmızı vərəqə ilə uzaqlaşdırandan sonra komandamıza qarşı tam fərqli münasibət göstərdi. Hətta uşaqlar gəlib bildirdilər ki, hakim onlara "görün məşqçinizə görə sizi nə günə qoyacam" deyib. Ardınca qapıçımıza qırmızı vərəqə verməsi təsadüf deyildi. Birinci dəfədir bu cür halla rastlaşırdım. Belə danışan hakim, ümumiyyətlə, futboldan uzaqlaşdırılmalıdır. Məşqçiləri, futbolçuları cəzalandırırlar. Bəs hakimə cəzanı kim verəcək? Bu, futbolumuzun nə qədər bərbad vəziyyətdə olmasının göstəricisidir. Əslində, hakimə ağır söz deməmişəm. O isə istədiyini edirdi".

35 yaşlı keçmiş hücumçu qərardan apellyasiya şikayəti verib-verməyəcəkləri barədə sualı qısa cavablandırıb:

"Yəqin ki, buna klub qərar verəcək".

Qeyd edək ki, R.Əliyev "Turan Tovuz"la matçda hakimləri təhqir etməsi əsası ilə 5 oyunluq cəzalandırılıb. Bununla yanaşı müstəsna hal olaraq 500 manat cərimələnib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər