top
Qarabağın Çempionlar Liqasında qol vurma tendensiyası: Oyunun əvvəli və sonu daha məhsuldar Idman.biz
22 yanvar 2026, 16:39
- ↺ +

"Qarabağ"ın Çempionlar Liqasında qol vurma tendensiyası: Oyunun əvvəli və sonu daha məhsuldar

Ağdamın "Qarabağ" futbol klubu cari mövsüm Çempionlar Liqasının əsas mərhələsində ilk hissənin əvvəlində və ikinci hissənin sonlarında yüksək məhsuldarlıq nümayiş etdirir.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun komandasının əsas mərhələdə vurduğu 13 qoldan beşi taymlardan birinin ilk on dəqiqəsində qeydə alınıb. Bu göstərici "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində vurduğu qolların ümumi sayının 38 faizindən çoxunu təşkil edir.

Bununla yanaşı, Azərbaycan çempionu görüşlərin son dəqiqələrində də dörd dəfə fərqlənib. Beləliklə, "Qarabağ"ın 13 qolundan 9-u ya bir və ikinci hissələrin əvvəlində, ya da sonluqlarında vurulub ki, bu da ümumi qolların 69 faizindən çoxuna bərabərdir.

Belə ki, Frankfurtun "Ayntraxt" klubuna qarşı qazanılan qələbə ilə başa çatan oyunda (3:2) Kamilo Duran hesabı 4-cü dəqiqədə açıb. Portuqaliyanın "Benfika"sı ilə görüşdə (3:2) isə eyni futbolçu 48-ci dəqiqədə fərqlənib. İspaniyanın "Atletik" klubuna qarşı səfər matçında (1:3) Leandro Andrade artıq 1-ci dəqiqədə hesabı açıb.

Hissənin əvvəlində vurulan daha iki qol Niderlandın "Ayaks" klubu ilə oyuna (2:4) təsadüf edib. Həmin qarşılaşmada Kamilo Duran 10-cu dəqiqədə, Mateus Silva isə 47-ci dəqiqədə topu rəqib qapısından keçirib.

Eyni zamanda, bir sıra görüşlərdə "Qarabağ" 80-ci dəqiqədən sonra da qol vurub. "Ayntraxt"la matçda Duran 80-ci dəqiqədə hesabı bərabərləşdirib (2:2), Bəhlul Mustafazadə isə 90+4-cü dəqiqədə qələbə qoluna imza atıb. "Benfika" ilə qarşılaşmada Aleksey Kaşuk 88-ci dəqiqədə həlledici qolu vurub. "Kopenhagen"lə oyunda (2:0) isə Emmanuel Addai 83-cü dəqiqədə danimarkalıların qapısına ikinci topu göndərib.

Qalan dörd qol Çempionlar Liqasının əsas mərhələsində hissələrin ortalarında vurulub. İtaliyanın "Napoli" klubu ilə görüş (0:2) isə hələlik Ağdam təmsilçisinin rəqib qapılarına yol tapa bilmədiyi yeganə matç olaraq qalır.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində son oyununu səfərdə İngiltərənin "Liverpul" klubuna qarşı keçirəcək. Qarşılaşma yanvarın 28-də baş tutacaq. Yeddi turdan sonra Ağdam klubu 10 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 07:21

Mourinyo “Barselona”nın “Real Madrid” qarşısındakı üstünlüyünü açıqladı

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 01:12

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Futbol
Bu gün, 00:31

Manuel Neuer Çempionlar Liqasında üçüncü ən çox oyun keçirən futbolçu oldu

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Futbol
Dünən, 22:09

PSJ azarkeşlərinin mişarlı və 'qətliam' pankartı ilə UEFA-ya şikayəti

Digər
Dünən, 22:01

Plyuşenko oğlunun Azərbaycanla bağlı köç planı olmadığını bildirib

Futbol
Dünən, 21:56

Fənərbaxçada Marko Asensio və Natan Ake uzun müddət kəmiyyətdə olmayacaq

Oxşar xəbərlər