UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəllidir.
İdman.biz xəbər verir ki, turnirin püşkatması sabah Monako şəhərində keçiriləcək.
Çempionlar Liqasının yeni formatına əsasən, Azərbaycan çempionu 8 rəqiblə qarşılaşacaq. Oyunların 4-ü evdə, 4-ü səfərdə keçiriləcək. 36 klubun yarışdığı Liqada ilk 8 yeri tutan komandalar pley-offa vəsiqə qazanacaq, 9-24-cü yeri tutan komandalar isə pley-offda qarşılaşacaqlar.
Qeyd edək ki, püşkatma sabah saat 20:00-da start götürəcək.
İdman.biz